Cümə, 25 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ağsuda “yaşıl soyqırım” - 22 palıd kökündən kəsilib / Fotolar

Ağsu rayonunun Xasdərə kənd qəbiristanlığında yaşıl soyqırım baş verib. Rayon sakini Quliyev Əfras Səttar oğlunun Yenisabah.az-a verdiyi məlumata görə, qəbiristanlıqda 400-500 yaşlı 22 palıd ağacı kəsilib:  

“Hazırda Bakıda yaşayıram. Keçən il dekabr ayının ortalarında qəbiristanlığa valideynlərimi ziyarətə getmişdim. Orada çox acınacaqlı bir mənzərə ilə rastlaşdım. Palıd ağaclarını kəsib daşıyıblar. Ancaq bunu kimin etdiyi bəlli deyil. Mən bu haqda  həmin vaxt “102” xidmətinə və Ekologiya Nazirliyinin Qaynar Xəttinə məlumat verdim. Şəhərə qayıtdıqdan sonra gedib yazılı  şəklində  Daxili İşlər Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, o cümlədən  Prezident Administrasiyasına, Baş Prokurorluğa müraciət elədim. Hadisədən sonra 3 dəfə Ağsuya getdim, Orada Ağsu rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət elədim, 2 dəfə icranın, 3-4 dəfə də polis rəisinin qəbulunda olmuşam. Təəssüf ki, sadaladıqlarımın heç bir nəticəsi olmadı. Hamısı axtarıb tapacaqlarını dedilər. Oradan azı 30-40 maşın ağac gedib”. 

Şikayətçi iddia edir ki, bu cinayəti təkbaşına törətmək mümkün deyil:

“Meşədə bir budaq kəsilən kimi tapırlar. Bunu necə olur ki, tapa bilmirlər? Məsələni ictimailəşdirmək üçün İctimai Televiziyaya da müraciət elədim. Onlar məndən yazılı müraciət tələb etdilər və çəkiliş oldu. Sonra mənə efirə verəcəklərini dedilər, amma prosesi hər gün yubatdılar. Dediklərinə görə, xəstəliklə əlaqədar işləmirdilər, yəni fərqli  bəhanələr oldu, indi isə efirə verməkdən imtina edirlər. Heç bir səbəb də göstərmirlər. Bu səbəblə mən AzTV-yə üz tutmağa məcbur oldum. Orada bir xanımla qarşılaşdım, xanım məsələni ictimailəşdirəcəyinə söz verdi. Sonra ondan da bir xəbər çıxmadı və ikinci dəfə oraya getməli oldum. Növbədə başqası idi, daxili nömrə ilə kimləsə əlaqə saxladı və məktubla müraciət etməli olduğumu bildirdi. Bu gün oraya məktubumu  verdim, nəticənin nə olacağını isə bilmirəm.  Mən Mətbuat Şurasına da getdim. Oradan bu kimi məsələlərə baxılmadığı bildirildi və məni Milli Televiziya və Radio Şurasına yönəltdilər. Onlar da bu işə baxmadıqlarını dedilər”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Oğlunun maşın kolleksiyası ilə bağlı yayılan xəbərlərə Adil Əliyevdən açıqlama

Pediatr distant təhsilə etiraz etdi: "Biz insanıq, qoyun deyilik"

Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi - Təfərrüat, Yenilənib

Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? – Villalar, maşınlar, Türkiyə biznesi…

Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub - Yenilənib

Jurnalist Həbib Müntəzir Əli Həsənova müraciət etdi: Villanın yerini tapdım. Qaytar dövlətə!

Sabiq deputat İlham Əliyevin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə təyin edilib?

AMEA-da qalmaqal – Professor Əbülhəsən Abbasovun açıqlamaları akademiyanı lərzəyə gətirdi

Azərbaycanda yas mərasimlərinin ləğvi təklif olundu

“Pikap”ların müsadirə olunmasına deputatdan reaksiya: “Xalq, az qala bayram edir”

Suriyadan erməni batalyonu da Qarabağa göndərildi

Prokurorluq Yusif İldırımzadənin qaynının qətli ilə bağlı məlumat yayıb

loading...

Ən çox oxunanalar