Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tovuzda ermənilərin təxribatı Rusiyadan qaynaqlanırdı” – Deputat

Rasim Musabəyov: “Belə oyunların təkcə Azərbaycana qarşı oynanılmayacağı barədə ciddi fikirləşməlidirlər”.

Avqustun 11-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdə oldular. Səfər çərçivəsində Türkiyənin ən yüksək hərbi rəhbərliyi, habelə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdülər.

Bu ziyarətdən bir gün sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digər yüksək rütbəli hərbçilər Azərbaycana gəldilər. Türkiyə hərbi heyəti genişmiqyaslı taktiki uçuş təlimlərinin ilk mərhələsinin son hissəsini Azərbaycan və Türkiyənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin canlı atəşi altında müşahidə edəcəklər.

Baş verənləri AYNA-ya şərh edən Milli Məclis üzvü, politoloq Rasim Musabəyov öncə Tovuz döyüşlərinə diqqət çkib: “Ermənilər Tovuz təxribatına kənardan təhrik edildilər. Bu təhrikin ilk növbədə Rusiyadan gəldiyi hiss olunur. Düşünürəm ki, generalımıza sui-qəsd Tovuzda şiddətli döyüşlərə səbəb olmalı idi ki, bunun da nəticəsində ermənilər bizim strateji infrastrukturumuzu vurmalı idilər. Bu gün məlum olur ki, Rusiya neft və qazına əslində Türkiyə bazarında tələbat yoxdur və buna görə də ruslar bu yolla Türkiyədəki mövqelərini geri alacaqlarını düşünürlər”.

“Baxmayaraq ki, o zamankı hadisələr zamanı Rusiya tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırırdı, eyni zamanda da Ermənistana 7 hərbi nəqliyyat təyyarəsi dolu 240 ton hərbi yük göndərdi. Və bu, onların nəinki Ermənistanı müharibədən çəkinməyə çalışdığını, əksinə, hər vəclə təxribata sövq etdiyini göstərir”, - deputat deyib.

Musabəyov hesab edir ki, bu şəraitdə Azərbaycan Türkiyə ilə hərbi tərəfdaşlıq münasibətlərini gücləndirməlidir: “Tovuz təxribatından dərhal sonra biz Azərbaycanla Türkiyənin birgə təlimlərini gördük ki, bu da Ankaranın baş verənlərə sərt reaksiyası anlamına gəlir. Bu hadisələrdən sonra Xarici İşlər və Müdafiə nazirləri Ankaraya getdilər, ardınca Türkiyə hərbi rəhbərliyi Azərbaycana gəldi. Düşünürəm ki, post-sovet məkanının perimetri boyunca təxribatçı oyunlar oynamağı mümkün hesab edən ölkələr, bu oyunların təkcə Azərbaycana qarşı oynanılmayacağı barədə ciddi fikirləşməlidir”.

Azərbaycanın Türkiyə ilə hərbi anlaşması olsa belə, bu anlaşma olduqca yumşaq formadadır. Ancaq yeni hərbi risklər meydana çıxanda və bu risklər yalnız Ermənistanın hərəkətləri ilə məhdudlaşmadıqda, aydındır ki, Azərbaycanın strateji infrastrukturuna ziyan vurmaq üçün edilən cəhdlərin qarşısı Türkiyə tərəfindən qətiyyətlə alınacaq və bu işdə Böyük BritaniyaABŞ-ın tam dəstəyi ortada olacaq”, - millət vəkili vurğulayıb.

O, bölgədə böyük bir müharibə olacağını ehtimal etmir: “Putinin və ətrafındakıların pullarının hamısının Qərbdə olduğunu bilə-bilə, böyük bir müharibə başlayacağını güman etmək olmaz. Onlar, hətta, Belarusa girməyə cəsarət etmədilər, Ukraynadakı planları ilə bağlı iştahlarını saxladılar. Çünki anladılar ki, bu məsələ təkcə sanksiyalarla bitməyəcək. Ardınca rus oliqarxiyasının mülklərinə və Putinin ətrafındakıların maliyyəsinə birbaşa travmatik zərbələr gələcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar