Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin regonda aktivliyi Azərbaycanın təhlükəsizliyinin təminatı deməkdir” - Politoloq

Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandemi Rusiya-Ermənistan müttəfiqliyini sual altına qoyacaq. Artıq Ermənistanda Türkiyənin Azərbaycana hərbi dəstəyindən dolayı ciddi narahatlıq yaşanır. İşğalçı ölkədə Rusiyanın mümkün Qarabağ məsələsində Ermənistanı dəstəkləməyəcəyi fikirləri hakimdir. Bunu da Nikol Paşinyanın anti-Rusiya siyasətində görürlər.

Bakı-Ankara müttəfiqliyi Yerevan-Moskva əlaqələrində ciddi konfontrasiya ilə yanaşı Ermənistanda daxili siyasi vəziyyətin böhrana yuvarlanmasına gətircək. Rusiyaya bağlı olan Qarabağ klanı Ermənistanın təhlükəsizliyin i qabardıb, Paşinyana qarşı kampaniya keçirə bilərlər. Bu da ölkədə daxili siyasi vəziyyəti mürəkkəbləşdirəcək. Amma Rusiyanın tezliklə Ermənistandan çıxacağı yaxın perspektivdə mümkün görünmür.

Azərbaycan Türkiyə ilə əməkdaşlığını inkişaf etdirməsi, əsasən öz torpaqlarının işğaldan azad edilməsinə hesablansada, son illərdə Rusiyanın qonşularına qarşı arta biləcək müəyyən təzyiqlərindən sığortalanmaqdır. Həmçinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə geostrateji yerdəyişmələr gedir və burada nüfuz toqquşmasında Ankara daha da irəli çıxıb, mövqelərini gücləndirir. Azərbaycanda Ankaranın region siyasətində onun yanəndadır. 

Rəsmi Bakının kardinal şəkildə Türkiyə ilə hərbi əlaqələrini inkişaf etdirməsi, hərbi müttəfiqlik müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Azərbayacan Müdafiə nazirinin Türkiyəyə səfəri, ardınca Türkiyənin Müdafiə naziri və Baş Qərargahın rəsinin hərbi heyətlə ölkəmizə səfəri ciddi geopoltik bir platformanın qurulmasına hesablanıb. Türkiyə ilə Azərbaycan arasında ikinci hərbi təlimlər başlayacaq və bu təlimlərin növbəti mərhələdə davam etdirlməsi üçün Türk ordusunun Azərbaycanda qalması üçün ilkin razılaşma əldə oluna bilər.

Türkiyənin Azərbyacnala hərbi müttəfiqlik müqaviləsi bağalnarsa, Xəzər dənizində birgə təlimlərin keçirilməsi də reallaşa bilər. Bu, həmçinin Xəzər regionunda enerji daşıyıcılarının Qərbə istiqamətlənməsində baryeri aradan qaldıra bilər. Xüsusilə Türkmənistan qazının Azərbaycan üzərindən daşınması üçün dənizin dibi ilə çəkilməsi nəzərdə tutaln "TransXəzər" qaz boru kəmərinin çəkilməsində iştirak edə bilər. Ümumiyyətlə, Türkiyənin regonda aktivliyi Azərbaycanın təhlükəsizliyinin təminatı deməkdir.
Ölkəmiz işğal olunmuş ərazilərin azad edilməsi üçün aparacağı hərbi əməliyyatlarda Ankara faktoru üçüncü ölkənin təzyiqlərinin qarşısının alınmasında mühüm faktordu.

Türkiyə ilə Azərbaycan arasında hərbi müqavilələrin bağlanması, əsasən NATO ilə razılaşdırılıb. Qərbdə Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqeyinin güclənməsində maraqlıdır. Xüsusilə ABŞ, bu istiqamətdə Türkiyəyə dəstək verəcək. Bu da Azərbaycan üçündə strateji önəm daşıyır. Rusiyanın mövqeyinə gəldikdə isə, Türkiyə Suriya, Liviyada Rusiya ilə necə davranırsa, Cənubi Qafqazda da elə davranacaq.

Cənubi Qafqaz araşdırma Mərkəzinin sədri Məhəmməd Əsədullazadə

pia.az


Etiket: Türkiyə NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar