Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim baş redaktorla razılaşır: “Maskaların yerə atılması təhlükəlidir”

“Küçələrə qoyulan zibil qutularının sayı artırılmalıdır”.

“Virus daşıyıcısı olan şəxs maskanı yerə atdıqda təhlükəli vəziyyət yarana bilər”.

“Maskalar kiminsə ayağına toxunar və ani diqqətsizlik insanların virusa yoluxmasına gətirib çıxara bilər”.

Son günlər tibbi maskalardan istifadə ilə bağlı xoşagəlməz hallar müşahidə olunur. Paytaxt küçələrində istifadə olunub sonra yerə atılan maskaların sayı günü-gündən çoxalır. Təbii olaraq bu hal narahatlığa səbəb olur. Çünki virus daşıycısı ola bilən şəxsin maskanı istifadə edib yerə atması yoluxma riskini artıra bilər.

Sözügedən məsələyə dair “Mediaxeberleri.az” informasiya portalının baş redaktoru, tanınmış jurnalist  Ələddin Qarayev maraqlı təklif verib. Baş yazar söyləyib ki, ətrafa atılan maskalar üçün zibil qutuları qoyulsun və sonra həmin qablar utilizasiya edilsin:

“İnsanlar tibbi maskadan, əlcəkdən istifadə etdikdən sonra onu ətrafa atır. Bu halda yoluxma riski artır”.

Mövcud durumu “Sherg.az”a şərh edən həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, virusdan qorunmağın ən yaxşı yolu tibbi maska və əlcəklərdən, gigiyenik vasitələrdən istifadə etməkdir:

“Şəhərimiz olduqca böyükdür. Küçələrə qoyulan zibil qutularının sayı artırılmalıdır. Maskaların yerə atılması təhlükəlidir. Virus daşıyıcısı olan şəxs maskanı yerə atdıqda təhlükəli vəziyyət yarana bilər. Məsələn, maskalar kiminsə ayağına toxunar və ani diqqətsizlik insanların virusa yoluxmasına gətirib çıxara bilər”. 

Həkim qeyd edib ki, tibbi maskalar və əlcəklər istifadədən sonra qapalı qutulara atılmalıdır:

“Ölkəmizdə qapalı qutular var. Amma bəzən o qutuların ağzını açıq qoyurlar.  Bu, düzgün deyil. Səslənən təklif çox maraqlıdır. Küçələrdə qapalı qutular olsa, çox yaxşı olardı”. (sherg.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar