Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenkoya ultimatum - “Ya yeni seçkilər, ya da sanksiya!"

Latviya, Polşa və Litva Belarus böhranında vasitəçilik edə bilərlər ki, vətəndaşlara qarşı zorakılığı dayandırmaq mümkün olsun. Bu barədə Litva prezidenti Gitanas Nauseda bəyan edib («Röyter»).

Nauseda bildirib ki, vasitəçilikdən əvvəl Belarus hakimiyyəti zorakılığın tətbiqindən imtina etməli, saxlanılanları azad buraxmalı və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etməlidir.

Nauseda Latviya prezidenti Egil Levits ilə danışıqlardan sonra Belarusda yaranmış vəziyyətdən çıxış yolu üçün öz planını təqdim edib:“Belarusun yaxın qonşularına, o cümlədən Litvaya stabil, demokratik, müstəqil və inkişaf edən Belarus lazımdır. Bütün bunlar son günlər böyük narahatlıqla izlədiyimiz hadisələrlə bir araya sığmır”

O, həm də təklif edib ki, Belarus Milli Şura yaratsın və onun tərkibinə həm hakimiyyətin, həm də vətəndaş cəmiyyətinin nümayəndələri daxil edilsin («Delfi»).

 

Ümumiyyətlə, Prezident Nauseda Belarus hakimiyyəti qarşısında 3 şərt irəli sürüb:

– Vətəndaşlara qarşı zorakılıqdan imtina;

– Saxlanılanların buraxılması;

– Vətəndaş cəmiyyəti ilə dialoqun bərpası.

Litva prezidenti xəbərdarlıq edib ki, əgər bu təklif Minsk tərəfindən rədd edilsə, o zaman Belarusa qarşı sanksiyalar tətbiq oluna bilər - həm ayrı-ayrı ölkələr tərəfindən, həm də Avropa İttifaqı (Aİ) səviyyəsində.

“Düşünürəm ki, biz problemin ən ağrısız yolla, dinc üsulla həllini tapmalıyıq. Lakin bu təşəbbüs qəbul edilməsə, əlbəttə ki, başqa alternativlər var və hazırda bu haqda həm Avropa Birliyində, həm də Litvada danışılır. Mən sanksiyaları nəzərdə tuturam – istər Avropa Birliyi, istərsə də milli səviyyədə” - deyə- Litva prezidenti söyləyib:

Litva xarici işlər naziri Linas Linkeviçyus isə daha konkret tələb səsləndirərək Belarusu yeni prezident seçkiləri keçirməyə çağırıb. O qeyd edib ki, ötən seçkilər azad və demokratik olmayıb. Nazir bu həftənin cümə günü AB-nin Belarusa qarşı sanksiyaların tətbiqini müzakirəyə çıxaracağını açıqlayıb.

Xatırladaq ki, üç gündür Belarusda prezident seçkilərinin nəticələrinə qarşı etirazlar səngimir. MSK-nın rəsmi məlumatına görə, Aleksandr Lukaşenko qələbə çalıb: guya ona seçicilərin 80 faizindən çoxu səs verib. Ancaq şahidlər və müşahidəçilər seçki məntəqələrində saxtakarlığa yol verildiyini bildirirlər. Digər namizəd Tixanovskaya özü bəyan edib ki, seçicilərin 70 faizi ona səs verib. Seçkilərin səhəri günü Tixanovskaya Belarusu tərk edib, hazırda o, Litvadadır.

Bu ərəfədə bəlli olub ki, Tixanovskaya Litvada sığnacaq alıb.Bu ölkə hökuməti onun yayılan videomüraciətlərinin təzyiq altında çəkildiyini söyləyiblər. L.Linkeviçyus yaxın günlərdə Tixanovskayanın açıqlama verəcəyini bildirib. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar