Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Co Bayden Lukaşenkonu zorakılıqdan vaz keçməyə çağırdı - “Seçkilər saxtalaşıdırılıb”

ABŞ prezidentliyinə namizəd Cozef Bayden Belarusda baş verən hadisələrə münasibət bildirib.

C. Bayden etiraz aksiyaları keçirən Belarus xalqına dəstək verib və seçkilərdə saxtakarlığa yol verildiyini vurğulayıb:“Prezident Aleksandr Lukaşenkonun 26 illik avtoritar rejimi dövründə sistemli repressiyalardan sonra Belarus xalqı tələb edir ki, onun səsi eşidilsin”.

Demokratların namizədi Lukaşenko rejiminin interneti söndürdüyünü, etirazçıları və müstəqil jurnalistləri həbs etdiyini, xarici müşahidəçilərin ağzını yummağa cəhd göstərdiyini söyləyib. Onun sözlərinə görə, bu, heç də öz qələbəsinə arxayın olan liderin davranışları deyil: “Bu hadisələri sənədləşdirmiş mərd vətəndaşların – jurnalistlərin, aktivistlərin və adi insanların sayəsində biz rejim tərəfindən demokratiyaya hücumlar haqda məlumatlıyıq. Mən bütün siyasi məhbusların azadlığa buraxılmasına barədə çağırışları dəstəkləyirəm. Mən Lukaşenkonu etiraz aksiyaları iştirakçılarının hüquqlarına hörmət göstərməyə və zorakılıqdan vaz keçməyə çağırıram”.

Bayden sonda vəd edib ki, hakimiyyətə gələrsə, onun administrasiyası demokratik prinsiplər və insan haqlarının müdafiəsindən heç vaxt yayınmayacaq, vahid cəbhə halında çıxış etmək üçün öz demokratik müttəfiqləri və tərəfdaşları ilə birlikdə hərəkət edəcək.

Avropa Birliyinin icra orqanı – Avropa Komissiyası da Belarus seçkilərinin xalqın iradəsini əks etdirməsinə şübhə edir. Bunu AB-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. O qeyd edib ki, yerli müstəqil müşahidəçilərin məlumatları rəsmi nəticələrdən şübhə duymağa əsas verir. P. Stano vəziyyətin təhlilindən sonra yeni sanksiyaların tətbiqini istisna etməyib. Bu məsələ AB ölkələri xarici işlər nazirlərinin 27-28 avqust tarixlərində Berlində keçiriləcək görüşündə müzakirə olunacaq. (AzPolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar