Cümə, 25 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Beyrutda partlayışdan sonra “Hizbullah”

ABDOLSALAM SƏLİMİ PUR
Anadolu Agentliyi

Livanın paytaxtı Beyrutda ağır can və mal itkisinə səbəb olan güclü partlayış iqtisadi və sosial problemlərlə mübarizə aparan insanların yenidən küçələrə çıxmasına, ölkənin siyasi və hərbi həyatında güclü təsirə malik olan İrana bağlı “Hizbullah” təşkilatına qarşı etiraz aksiyaları keçirməsinə gətirib çıxardı.

Bundan əvvəl livanlı liderlərə məsafəli davranan Tehran rəhbərliyi “Hizbullah”la ittifaq qurmuş baş nazir Həsən Diab hökumətinə dəstək mesajı göndərdi. Partlayışa görə məsuliyyətin Baş nazir Diab və "Hizbullah" lideri Həsən Nəsrullahın üzərinə qoyulmasına mane olmağa çalışsa da, İran bu məsələdə o qədər də uğur qazana bilmədi.

Tehranın rəhbərliyinə yaxın KİV partlayışdan sonra küçə nümayişlərini xarici qüvvələrin "Hizbullah"a qarşı oyunu kimi qiymətləndirdi.

İran mediasının Hizbullahı dəstəkləmək səyləri

İranın Yaxın Şərq üzrə mütəxəssisi Həsən Ruyuran Tehran rəhbərliyinə yaxınlığı ilə tanınan "Beynəlxalq Şiə Xəbər Agentliyinə" (Şafaqna) bildirib ki, anbarda baş verən partlayışa görə keçmiş baş nazirlər Nəcib Mikati və Saad əl-Həriri məsuliyyət daşıyır.

İranda mühafizəkarlarla yaxınlığı ilə tanınan "Vaghayerooz" xəbər saytında yayımlanan "Beyrutdakı xaosla “Hizbullah”ın məhv edilməsi planının düyməsi basıldı" başlıqlı yazıda aşağıdakı ifadələrə yer verilib:

"Bu prosesin iki tərəfi var: birincisi; İran administrasiyasının daxili yoxsulluğuna baxmayaraq Livana külli miqdarda yardımının tənqid edilməsinin gündəmə gətirilməsi, ikincisi, Səudiyyə Ərəbistanı, ABŞAvropa ölkələrinin Livan rəhbərliyinə Hizbullahın bitirilməsi və təşkilatın hərbi qanadını terrorçu elan etmək üçün külli miqdarda rüşvət təklif edilməsi.

"Fararu" xəbər saytına danışan İranın Londondakı keçmiş səfiri Seyyid Cəlal Sadatiyanın fikrincə, "ABŞ, ərəb və İsrail media qurumları Livandakı partlayışı Hizbullah ilə əlaqələndirərək, bu qrupun Livandakı mövqelərini, siyasi çəkisini zəiflətmək istəyirlər”.

Mühafizəkarlara yaxınlığı ilə də tanınan "Mehr Xəbər Agentliyi"nin ərəb xəbərləri redaktoru Həsən Hanizadə "Arman" qəzetində dərc olunan məqaləsində yazır: ““Hizbullah”a qarşı son hadisələr bu təşkilatın növbəti seçkilərdə parlamentdə daha az yer alacağını göstərir”.

"Hizbullah” çətin vəziyyətdədir

İran politoloqu Dr. Əhməd Zeydabadi sosial media hesabında bu məsələ ilə bağlı bildirib:

"Beyrut limanında baş verən partlayışın şiddəti və dağıdıcılığı bir tərəfdən Hizbullahın daxili və xarici müxaliflərinə fayda verdi, digər tərəfdən təşkilatın bu günə kimi qarşılaşmadığı miqyasda [П1] taleyini müəyyənləşdirəcək qədər çətin bir vəziyyətə saldı. Hizbullahın müttəfiqi olan hökumət dağıldı və ölkə idarəolunmaz hala düşdü”.

Zeydabadi Fransa Prezidenti Emmanuel Makronun ölkəyə səfəri zamanı "Livandakı problemi həll etmək üçün köklü bir siyasi islahata ehtiyac olduğunu" söylədiyinə işarə edərək yazıb: "Livanda köklü islahat olacağı barədə söylənənlər ağlıma “Hizbullah”ın silahlarını gətirir. “Hizbullah” Livan və bölgədəki təsir gücünü qorumaq üçün daha çox silaha sarılmalı olacaq. Nəticədə bu silahlar ölkədəki iqtisadi böhranın əsas səbəbkarı kimi gündəmə gələcək və cəmiyyətin təşkilata qarşı qəzəbini daha da artıracaq”.

Beyrutdakı partlayışdan sonra İranın “Hizbullah”-a heç bir yardım edə bilməyəcəyinə inanan Zeydabadi yazır: “Beyrutda baş verən partlayış “Hizbullah”a hər kəsdən daha çox ziyan vurdu. İran isə “Hizbullah”ı vəziyyətindən xilas etmək gücünə sahib deyil. Hətta bu vəziyyət Tehran administrasiyasının bölgənin gələcəyi ilə bağlı strateji planlarına xələl gətirsə belə...

Əgər İran 2006-cı ildə 33 günlük müharibə illərindəki kimi daha çox xarici valyutaya sahib olsaydı, "Hizbullah"ın filiallarına milyardlarla dollar tökərək, Beyrut Limanını və ətrafını yenidən qurardı. Ancaq İranın bu gün heç özünü də idarə etmək üçün pulu yoxdur ”.

“"Hizbullah” əvvəlki gücünə sahib olmayacaq”

Mövzuyla əlaqədar Anadolu Agentliyinə (AA) danışan İranlı politoloq Məhəmməd Muhibbi də “Hizbullah”ın bundan sonra Livanda və xaricdə əvvəlki mövqeyini qoruya bilməyəcəyini düşünür.

Son nümayişlərin Livan xalqının “Hizbullah”a qarşı tənqidlərinin davamı xarakterini daşıdığını ifadə edən Muhibbi deyib: "Bu təşkilatın Livandakı siyasi mövqeyi ciddi şəkildə zəifləyəcək, “Hizbullah” əvvəlki gücünə sahib olmayacaq. “Hizbullah” İrandan aldığı pulları sosial xidmətlərə xərcləyərək Livan xalqının rəğbətini qazanırdı. İndisə bu da yoxdur”.

Bu səbəbdən də təşkilatın siyasi mövqeyinin azalacağını bildirən Muhibbinin fikrincə, növbəti parlamentdə bir neçə yer və ya bir neçə nazirlik qazansa da, “Hizbullah”ın Livan cəmiyyətindəki mövqeyi İrandan gələn pulların azalması səbəbindən zəifləyəcək.

“Hizbullah”ın xaricdəki nüfuzunun da bundan əvvəlki kimi olmayacağını ifadə edən Muhibbi belə davam edib:

"Təşkilat 2006-cı ildə İsrailə qarşı 33 günlük müharibədə verdiyi mədəni, sosial və hərbi nüfuzunu heç vaxt bərpa edə bilməz. Bu proses “Hizbullah”ın Suriya xalqının qətlində ortaq olmasıyla başladı."

Bununla belə, “Hizbullah”ın Livanın siyasu həyatından silməyin mümkünsüzlüyünə inanan Muhibbi fikrini bu təşkilatın ölkədəki şiələrin nəzdindəki mövqeyi ilə əsaslandırıb: “İmam Musa Sədr və Amal zəiflədikdən sonra Livandakı şiələr “Hizbullah”ı öz təmsilçiləri görürlər. “Hizbullah”ın Livan şiələrinin nəzərindəki yeri Əfqanıstandakı puştunların gözündə Talibanın yeri kimidir. Bu təşkilatı yox etmək üçün bir qövmü tamamilə yox etmək lazımdır. “Hizbullah” asanlıqla məhv edilə biləcək təşkilat deyil”.

Tehran rəhbərliyinin “Hizbullah”a dəstək olmaqdan başqa çarəsi olmadığını iddia edən Muhibbi deyib:

"İran iqtisadi cəhətdən zəifləməsi səbəbindən “Hizbullah”a çox dəstək verə bilməsə də, rəsmi Tehrana xeyli yaxındır və hətta İraqdakı qruplardan daha çox strateji əhəmiyyətə malikdir. Amma İran “Hizbullah”dan dəstəyini geri çəkməlidir ki, Livanın təriqət və dini fərqliliyə söykənən siyasi quruluşundan demokratik və milli quruluşa çevrilə bilsin. "

Beyrut limanında partlayış

Avqustun 4-də Beyrut Limanında partlayıcı maddələrin saxlanıldığı 12 nömrəli anbarda yanğın baş verdi və sonra bütün şəhəri silkələyən çox güclü bir partlayış oldu.

Partlayış nəticəsində 171 nəfərin həyatını itirdiyi və 6 minə yaxın insanın yaralandığı açıqlandı. 300 min evin xəsarət aldığı partlayışın Livanda 10-15 milyard dollar maddi zərərə yol açdığı bildirilir.

Livan prezidenti Mişel Avn partlayışa 6 il boyunca Beyrut Limanındakı bir anbarda saxlanılan 2750 ton ammonium nitratının səbəb olduğunu söyləyib.(Tərcümə Ovqat.com-a aiddir)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əliyevlə Paşinyanın emissarları arasında gizli danışıqlar üzə çıxdı - Sensasion təfərrüat...

Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi - Təfərrüat, Yenilənib

Jurnalist Həbib Müntəzir Əli Həsənova müraciət etdi: Villanın yerini tapdım. Qaytar dövlətə!

“Pikap”ların müsadirə olunmasına deputatdan reaksiya: “Xalq, az qala bayram edir”

Prokurorluq Yusif İldırımzadənin qaynının qətli ilə bağlı məlumat yayıb

“Bilirdim ki, pis şərhlər yazacaqlar” - Samirə Mustafayeva - Fotolar

Ramiz Mehdiyevin Qusarda da villası varmış... - Foto

Aralıq dənizindəki gərginlik Qarabağ münaqişəsinə təsir edirmi? - Sərhəddə erməni fəallığının səbəbi...

“Məni vurmağa çalışırlar” - Özünü təbrik edən deputatdan sərt ittiham

Azərbaycanda bir rayonda 11 nəfər koronavirusdan ölüb - Rəsmi

“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı..." - Fotolar  

loading...

Ən çox oxunanalar