Cümə, 25 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Belarusdakı kütləvi etirazlar hələ başlanğıcdır

Slavomir Sierakovski

“Project Syndicate”, 11.06.2020

Belarusun müxalifət liderləri bu həftəsonu prezident seçkilərinin saxtalaşdırılmış nəticəsinə etiraz edəcəklərini əvvəlcədən bilir və artıq 3 rəhbər prinsipi qəbul etmişdilər. Onların nümayişləri tamamilə dinc, davamlı olmalı və konkret hədəflərə, o cümlədən azad seçkilər və ölkənin demokratik konstitusiyasının bərpasına yönəlməliydi.

İndi Belarus prezidenti Aleksandr Lukaşenko seçkidə səslərin təxminən 80%-ini qazandığını iddia edərkən, müxalifət namizədi Svetlana Tixanovskayanın tərəfdarları bu prinsipləri həyata keçirirlər.

Rejimin əleyhdarları intizamlı və texnoloji cəhətdən fərasətlidirlər. Mərkəzi hakimiyyət rəsmi mediaya tamamilə nəzarət etdiyi üçün alternativ onlayn media ekosistemi ortaya çıxıb, burada son həftələrdə müstəqil nəşrlərin oxunuşu 300-400% artıb.

Bunun əksinə olaraq, Lukaşenko hələ də 1990-cı illərin təcrübəsindən ikiəlli yapışır. 5 müddət vəzifədə olandan sonra belə onun heç bir şey öyrənmədiyi görünür. Müstəqil hesabatlara qarşı çıxmaq iqtidarında olmadığını müxalifət mitinqlərində İnternet və mobil telefon şəbəkələrini bağlamağa əl atıb. Lakin belaruslar “proxy” serverlər və şifrəli mesajlaşmalardan istifadə edərək “haqqın yolu”nu tapıblar.

Belarusda seçki saxtakarlığının geniş yayıldığına heç kim ciddi şəkildə şübhə etmir. Əhali ümidsizliyə və kinliliyə qapılma əvəzinə, səsvermənin rəsmi nəticəsini qəbul etməkdən imtina edib. Seçki günü seçicilər səsvermə məntəqələrinə toplaşıb, ciddi fəallığın olduğunu sübut etmək üçün tənqidi bir kütlə yaradıblar. Müşahidəçilər çöldə oturub və məntəqələrə daxil olanların sayını qeydə alıblar. İnsanlardan necə səs verdiklərini soruşa bilməsələr də, neçə nəfərin biləyinə müxalifətin ağ lentini taxdığını sayıblar.

Müşahidəçilərin iştirakı Lukaşenkonun artıq repressiya və qorxuya etibar edə bilməyəcəyinin əyani nümayişi idi. Belaruslar getdikcə daha kiçik şəhər və kəndlərdə də öz fikirlərini açıq şəkildə bildirməyə başlayıblar.

Şəxsi araşdırmalarım müstəqil analitiklərin təxminlərinə uyğun gəlir: seçicilərin üçdə ikisi müxalifəti dəstəkləyib.

Bir çox müşahidəçidən soruşdum ki, səslərin sayılmayacağını və saxta nəticənin dərhal elan olunacağını bilə-bilə, seçicilər niyə belə qərarlı olublar?

Onlar bu taktikanın uzun müddət təsirli olacağını izah etdilər, çünki bu, azad və ədalətli seçki istəyinin nümayişidir.

Heç kim Tixanovskaya tərəfdarlarının orada olduğunu və səs verməyə qərarlılığını inkar edə bilməz. Təkcə bu faktın özü Lukaşenko tərəfdarları, o cümlədən Mərkəzi Seçki Komissiyasının üzvləri arasında qeyri-müəyyənliyə səbəb olacaq.

Seçki məntəqələrində müşahidələrdən sonra növbəti addım uzun müddət gözlənilən nəticəyə cavab olan nümayişlərdir. Plan bu idi ki, səhər saat 6-da seçki məntəqələri qarşısında toplansınlar. Saat 8-də hər kəs kütləvi səfərbərlik üçün əvvəlcədən təyin olunmuş sahələrdə idi.

Kiçik şəhərlərdə hər kəs ən böyük meydanda toplaşmışdı. Minskdə görüş nöqtəsi Qəhrəman Şəhər Sütunu yaxınlığındakı Qələbə Meydanı idi. Yol bağlansaydı, insanlar Qələbə prospekti ilə İstiqlal prospektinə getməli idilər.

Qələbəlik qısa zamanda Qələbə Meydanında toplanıb və tədricən böyüyərək müxtəlif istiqamətlərə yayılıb. Maşınlar siqnal verir və insanlar “Kino” rok-qrupunun “Perestroyka” dövrünə aid “Xoçu peremen!” (“Dəyişiklik istəyirəm!”) mahnısını oxumağa başlayıb.

Xüsusi təyinatlı polis bölmələri bu ana ciddi hazırlaşaraq izdihamı qorxutmaq istəyib. Sonra bir neçə zirehli texnika Sütunu həlqəyə alıb və açar qovşağı bağlayıb. Addım-addım polislərin falanqaları çoxalıb və dairəni daha da daraldıblar.

Buna baxmayaraq, etirazçılar dinc nümayişi davam etdirib və ardıcıl olaraq polisi düşmən hesab etmədiklərini bildiriblər. Bir çoxları “Polis xalqladır!” şüarı səsləndirib, bu, düşünülmüş mesaj idi, yəni biz sizin sifarişə əməl etdiyinizi başa düşürük və ehtimal ki, dayandığınız yerdə deyil, başqa yerdə olmağı üstün tutursunuz.

Bu taktika uzun müddət işlənib. Seçki öncəsi bir gecə müxalifət lideri mənə deyib ki, Lukaşenkonun öz çevrəsi belə onu sevmir.

Etirazçıları döyəcəyi gözlənilən təhlükəsizlik qüvvələrinə qarşı açıq mehribanlıq nümayişi təhlükəsizlik qüvvələrinə Lukaşenko rejimi ilə sinonim olmaqdan imtina çağrışı idi.

Bir anda nəqliyyat vasitələrinin Sütunun arxasından çıxması ilə polis partlayıcı maddələr və əl qumbaralarını işə salıb. Rezin, yaxud həqiqi güllə ilə atəş açıqlarını bilmirəm, amma kütləni qorxutmaq niyyəti aydın idi.

Bu vəziyyətdə onların qorxutma səyləri yalnız orta dərəcədə təsirli olub. Etirazçılar tam geri çəkilməyib və tamamilə dinc qalıblar. Aralarında olan hər hansı bir potensial təxribatçıya diqqətlə baxır, şüşə və ya digər əşyaları polisə atmaq istəyənləri sıxışdırıblar.

Meydanı işğal edən təhlükəsizlik qüvvələrinin qara cəngavərləri uzun müddət aydın şəkildə zorakılıq etməyə çalışmayıb. Yalnız sonda polis izdihama tərəf qaçmağa başlayıb.

Meydan üç tərəfdən açıq idi, lakin bəzi yerlərdə hərəkətə maneə vardı.

Bəzi nümayişçilər tutulub və döyülüb. Bundan bir müddət sonra “Reuters” 1300 nəfərin tutulduğunu bildirib; digər müstəqil media mənbələri bir neçə insanın vəziyyətinin ağır olduğunu və ən azı birinin polis maşını ilə qəsdən öldürüldüyünü göstərib.

Artıq nümayişlərin artacağı gözlənilir. İndiyə qədər gördüklərimiz yalnız başlanğıcdır. Müxalifət hər şeyi planlaşdırıb. Hər gün insanlar səhər saat 7-də meydanlarda toplaşmalı, dinc etirazları davam etdiriləcəyini bilirlər, buna ehtiyac qalmayana qədər.(Tərcümə: Strateq.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əliyevlə Paşinyanın emissarları arasında gizli danışıqlar üzə çıxdı - Sensasion təfərrüat...

Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi - Təfərrüat, Yenilənib

“Pikap”ların müsadirə olunmasına deputatdan reaksiya: “Xalq, az qala bayram edir”

Prokurorluq Yusif İldırımzadənin qaynının qətli ilə bağlı məlumat yayıb

“Bilirdim ki, pis şərhlər yazacaqlar” - Samirə Mustafayeva - Fotolar

Ramiz Mehdiyevin Qusarda da villası varmış... - Foto

Aralıq dənizindəki gərginlik Qarabağ münaqişəsinə təsir edirmi? - Sərhəddə erməni fəallığının səbəbi...

“Məni vurmağa çalışırlar” - Özünü təbrik edən deputatdan sərt ittiham

Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə

“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı..." - Fotolar  

loading...

Ən çox oxunanalar