Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik? - Video

"Azərbaycan Türkiyə münasibətləri ölkəmiz üçün olduqca vacib və prioritet istiqamətdir". Bunu Xarici işlər naziri qismində ilk səfərini türkiyəyə edən Ceyhun Bayramov deyib. Türkiyəli həmkarı Mövlud Çavuşoğlı ilə bir araya gələn Xarici işlər naziri mətbuat konfransında iki ölkə arasındakı münasibətlər, həmçinin regional və qlobal məsələlərin müzakirə edildiyini açıqlayıb.

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlığının bir çox istiqamətləri, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər.

Çavuşoğlu qeyd edib ki, 2014-cü ildən bu yana "TurAZ Qartalı" hərbi təlimləri keçirilir. Bu, iki ölkə arasındakı əməkdaşlığın ən gözəl göstəricisidir. Ceyhun Bayramov da həmçinin öz növbəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkür edib.

Xarici işlər nazirləri həmçinin iki ölkə arasındakı münasibətlərindən də danışıblar. Ceyhun Bayramov qeyd edib ki, Bu ilin sonu icrası tamamlanacaq Cənub Qaz Dəhlizi və onun əsas tərkib hissəsi olan TANAP layihəsi ilə bağlı müzakirə aparılıb.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında bu illər ərzində 241 müxtəlif sahələri əhatə edən müqavilələr imzalanıb. Hazırda 29 əlavə müqavilələrə baxılır. Yaxın zamanda onların da imzalanması və icrası həyata keçiriləcək. Həmçinin Azərbaycanın Xarici İşlər naziri həmkarı Mövlud Çavuşoğlunu Azərbaycana səfərə dəvət edib. Bayramovun dəvətini müsbət qarşılayan Türkiyə xarici işlər naziri vurğulayıb ki, Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır və gələcəkdə alınan qazın miqdarı daha da artırılacaq. Mövlud Çavuşoğlu həmçinin qeyd edib ki, gələckədə Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı səyahətlərinin pasportsuz həyata keçirməsi istiqamətində danışıqlar aparılır.

Qeyd edək ki, daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovu qəbul edib.

pia.az


Etiket: Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar