Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gərginlik: Ramin Bayramlı Rüfət Quliyevlə nəyi paylaşa bilmir?

Milli Məclisin deputatı Rüfət Quliyevlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı arasında gərginlik yaranıb.

PİA.az-ın xəbərinə görə, R.Quliyev ad çəkməsə də, iddia edir ki, övladlarına ildə 300 min dollar xərcləməsi barədə xəbəri tənqid etdiyi məmurlar ötürüb.

Məlumdur ki, R.Quliyev Milli Məclisin avqustun 4-də keçirilən növbədənkənar plenar iclasında Ramin Bayramlını tənqid edib: “İyunun 12-də TƏBİB rəhbərliyinə məktub göndərmişəm. Ancaq üstündən 40 gündən də çox vaxt keçməsinə baxmayaraq mənim məktubuma cavab verilməyib. Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdır sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”.

Milli Məclisin deputatı Rüfət Quliyev övladlarının təhsilinə ildə 300 min dollar xərcləməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib: "Bunlar fikirləşirlər ki, xaricdə məskunlaşan müəyyən qüvvələrdən istifadə edərək məni susduracaqlar. Əksinə anlamaq istəmirlər ki, millət vəkiliyəm və xalqa xidmət etməli olan məmurları tənqid edirəmsə, bu birbaşa dövlətçilik maraqlarından irəli gəlir. O, məmurlarla hansısa şəxsi ədavətim yoxdur. Amma, görünür, bunlar mənim tənqidlərimi şəxsi olaraq qəbul edirlər və ona görə də dözümsüzlük göstərirlər. Bu xəbərin yayılmasının səbəbi də məhz bu tip məmurların işidir və onlar məni bu yolla susdurmaq niyyətindədirlər. Övladlarımın oxuduğu universitet ABŞ-nın sabiq prezidenti Bill Klinton tərəfindən təsis olunub. Univeristet dünyanın tanınmış təhsil ocaqlarından biridir. İkincisi də, istər mənim övladım olsun, istər başqa birinin fərq etməz, əgər belə universitetdə azərbaycanlı oxuyursa, ona qısqanclıqla yanaşmaq doğru deyil. Əksinə sevinməliyik ki, belə universitetlərin məzunu olan şəxslər bu millət və dövlət üçün yetişdirilən ən vacib kadırlardan biridir. Buna sevinmək əvəzinə, bəzəyib fərqli don geyindirmək ən cılız hərəkətdir" – R.Quliyev bildirib.

Qeyd: Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatda bildirib ki, Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var.

“Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik yaşama və yemək xərcləri... Xeyli məmur uşaqları orda təhsil alıb və alır. “Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə - 3945-ci sırada dayanır, yəni daha reytinqlidir. Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib” – C.Həsənli bildirib. 

pia.az


Etiket: Ramin Bayramov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar