Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus müxalifəti: "Onu məcbur etdilər"



"Belarus müxalifətinin bu ilin avqust ayının prezident seçkilərində əsas namizədi Svetlana Tixanovskayanın ölkəni tərk etmək fikri olmayıb".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir müxalifətin birləşmiş seçki qərargahının nümayəndəsi Mariya Kolesnikova tərəfindən səsləndirilib.

Onun sözlərinə görə S.Tixanovskaya bu qərara şikayət vermək üçün getdiyi Mərkəzi Seçki Komissiyasının binasında güc strukturlarının yüksək rütbəli əməkdaşları ilə baş-başa qaldıqdan sonra gəlib.

“Həmin vaxt mən həmkarlarımla birlikdə dəhlizdə dayanmışdım. Biz MSK-ya daxil olduqdan 1-2 saat sonra əlində videoavadanlıq üçün nəzərdə tutulan iri çantalarla gələn bir neçə adamın içəri keçdiyini gördük. Nəticəni özünüz bilirsiz. Bundan sonra məlum müraciət ortaya çıxdı”, - deyə o söyləyib.

“Svetlananın ölkədən çıxmağa heç bir niyyəti olmayıb. Ona görə də mənim fikrimcə, bu qərar ani olaraq və təzyiq altında verilib”,-deyə Tixanovskayanın etibarlı nümayəndəsi Olqa Kovalkova danışıb.

Onun bildirdiyinə görə, həmin qərar qərargah üçün tam gözlənilməz olub və bu vaxta qədər onlar namizədlə heç bir əlaqə qura bilməyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar