Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA daha 58 obyektdə qayda pozuntuları aşkarlayıb

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan PİA.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən avqustun 10-da Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 128 ictimai iaşə obyekti, 59 ərzaq satışı mağazası olmaqla ümumilikdə 187 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 58-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Ay”, “Kamal”, “Nicat”, “Laçın”, “Şaiq”, “İslimi”, “Fidan”, “Eldar” marketlər, Əlizadə Vüqar Midhəd oğluna, Mirzəliyeva Aytac Xanəhməd oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Şirvan şəhərində Göyçəyev Elnur Vahub oğluna, Əliyev Əliyar Natiq oğluna məxsus restoranlar, Əhmədov Tərlan Əlvan oğluna məxsus yeməkxana, Mirişov İlham Məmməd oğluna məxsus kafe

Saatlı rayonunda Həsənov İsmət Qismət oğluna, Vəliyev İsaxan Hafis oğluna, Rzayev Sadiq Sahib oğluna məxsus kafelər, Gülməmmədov Dadaş Müstəcəb oğluna məxsus restoran

Hacıqabul rayonunda Cəfərov Vurğun Əlipaşa oğluna, Həşimov Mahir Məhəmməd oğluna, İmanov Rza Eynulla oğluna və İbrahimov Balassan Zaman oğluna məxsus yeməkxanalar

Neftçala rayonunda Əsədov Rövşən Böyükbala oğluna, Məmmədov Ümüd Füzuli oğluna məxsus restoranlar, Dadaşov Rəcəb Nazim oğluna və Məmmədov Rauf Nazim oğluna məxsus yeməkxanalar

Sabirabad rayonunda “Məkan”, “Darçın”, “Su səhəngi” kafeləri

İsmayıllı rayonunda Daşdıyev Aydın Hətəm oğluna, İsgəndərov Orxan Elxan oğluna, Cavadzadə Ağasəf Sərvər oğluna məxsus yeməkxanalar, Behbudov Ziya Xəlil oğluna məxsus kafe

Ağsu rayonunda Səlimov Elman Balabəy oğluna, Əzizov Rüfət Nail oğluna, Dəmirov Yaqub Sahib oğluna məxsus kafelər, Məmmədov Faiq Hacı oğluna və Nuriyev Namiq Arif oğluna məxsus yeməkxanalar

Şamaxı rayonunda Həsənov Xalid Mərdan oğluna, Nuralıyev Səməd Ramiz oğluna, Kərimov Səməd Şirsoltan oğluna, Məmmədov Elnur Aslan oğluna və Cəbrayılov Mais Kamal oğluna məxsus kafelər və Abdullayev Sübhan Eldar oğluna məxsus restoran

Göyçay rayonunda Rüstəmov Atakişi Xəqani oğluna, Əliyev Vüsal Rasim oğluna məxsus restoranlar, Zamanov Rafiq Gülməmməd oğluna, Yusifov Anar İlqar oğluna, İsmayılov Sənani Cəlil oğluna, Qarayev Qənbər Malik oğluna məxsus kafelər

Gəncə şəhərində “Murad” şərab evi, Namazova Zülfiyyə Miryusif qızına və Orucov Məhərrəm Əli oğluna məxsus ərzaq mağazaları

Yevlax rayonunda “Çinar”, “Sevda”, “Üç qardaş” və “Bəhrəm” marketlər, Rəşidzadə Anar Sulika oğluna məxsus ərzaq mağazası

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar