Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial evlərin sosial problemləri - Su yoxdur, kanalizasiya xətti sıradan çıxıb...

Əhali arasında "sosial evlər" kimi tanınan MİDA-nın Yasamal Yaşayış Kompleksi ilə bağlı narazılıqlar səngimək bilmir. 

Yenisabah.az-a daxil olan məlumata görə, kompleksin ərazisində yaşayan sakinlər yay günlərində ciddi su problemi ilə üzləşirlər. Sözügedən ərazidə yeraltı su və kanalizasiya xətlərinin tez-tez partlayaraq sıradan çıxır:

“Kompleksin həyəti və binaların zirzəmisi su altında qalır. Demək olar ki, bu problem hər həftə yaranır. Sakinlər artıq ordan-burdan su daşımaqdan təngə gəliblər. Yasamal yaşayış kompleksinin yeraltı su və kanalizasiya xətlərinin cəmi 2 ildir çəkilməsinə baxmayaraq, tez-tez sıradan çıxmasının səbəbi odur ki, bu xətləri çəkən şirkətlər işi keyfiyyətsiz yerinə yetiriblər. Çoxlu yeyinti halları baş verib, ona görə də yüksək təzyiqə davamsız plastik boru kəmərlərindən istifadə olunub. Bunu təmirə gələn "Azərsu"nun işçiləri dəfələrlə sakinlərə deyiblər”.

Sakinlərin digər narazılığı mənzillərdə tikintidən qalan çoxlu problemlərlə bağlıdır. Belə ki, mənzillərin santexnik işləri çox keyfiyyətsiz görülüb:

“Yuxarı mərtəbələrdəki mənzillərdən aşağı mərtəbələrə sızmalar baş verir. Bu da otaqların divarlarının nəm çəkməsinə səbəb olur. Sakinlərin dəfələrlə kommunal şöbəyə müraciətlərinə baxmayaraq, heç bir tədbir görülmür. YYK-da həyat iflic dərəcəsindədir”.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi  ilə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb.

pia.az


Etiket: sosial evlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar