Çərşənbə axşamı, 29 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Lukaşenko “qoyunlar”ın ondan nə istədiyini başa düşə bilmir 

Kirill Krivoşeyev, Marina Kovalenko

“Kommersant”, 10.06.2020

Belarusda vəziyyət sərt ssenariyə uyğun inkişaf edir. Həm hazırkı prezident Aleksandr Lukaşenko, həm də müxalifətin vahid namizədi Svetlana Tixanovskaya qalib olduqlarını və qələbələrini müdafiə etməyə hazır olduqlarını bəyan ediblər - lazım olan qədər. Bu o deməkdir ki, müxalifət etirazları davam etdirəcək və hakimiyyət onları sərt şəkildə yatırmağa çalışacaq. "Kommersant"ın Belarusdakı həmsöhbətlərinin fikrincə, mövcud böhranın nəticəsi, müxalif qərargah üzvlərinin həm etirazların koordinasiyasında, həm də danışıqlarda siyasi bacarığından çox asılı olacaq. Ancaq bu cür bacarıq, göründüyü kimi, yoxdur.

"İnsanlar bax belə yox olur"

Bazar ertəsi boyu həm Belarus hakimiyyəti, həm də müxalifət dünənki gecəni, bəlkə də ölkənin tarixində ən dramatik nəticələri yekunlaşdırıb. "Kommersant"ın Minskdəki bir çox həmsöhbətinin əvvəlcədən söylədiyi kimi, “exit poll” nəticələrinin elan edilməsi etirazlara səbəb olub. Rəsmi qiymətləndirməni tanımayan minlərlə insan Pobediteli prospektindəki sütunun önündə toplanıb. Aleksandr Lukaşenkonun səslərin 80% -dən çoxunu aldığına etiraz olaraq.

Mediada və müxalif “Telegram” kanallarında yayımlanan videolara görə, aksiya iştirakçılarının bəziləri çevik polislərlə dalaşıb, lakin təhlükəsizlik qüvvələri son dərəcə sərt hərəkət ediblər: səs-küylü qumbaralar, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub. Bunun nəticəsində kifayət qədər zərərçəkmiş var. Daxili İşlər Nazirliyinin məlumatına görə, müxalifətdən olan "50-dən çox adam" və təhlükəsizlik qüvvələrindən 39 nəfər. Polis maşını altında qalmış bir qurban haqqında da məlumat var. Lakin Belarus Daxili İşlər Nazirliyi gecə iğtişaşları nəticəsində heç kimin ölmədiyini bildirib. Paytaxtda saxlanılanların sayı minə çatıb. Bənzər aksiyalar əyalət şəhərlərində də baş verib: orada cəmi 2 min nəfər nəzarətə alınıb.

“Viasna” İnsan Hüquqları Mərkəzinin nümayəndəsi Valentin Stefanoviç "Kommersant"a bildirib ki, Bazar ertəsi günü ona həmkarları ilə birlikdə tutulanların yaxınlarından çoxsaylı zənglər gəlib: "İnsanlar itkin düşür və Daxili İşlər Nazirliyi heç bir siyahı hazırlamır. Saxlanılanların qohumları hara get-gəl edəcəklərini və nə edəcəyimi bilmirlər. 1996-cı il təvəllüdlü bir qız var. Stansiya yaxınlığında tutulub, üçüncü qrup əlildir. Mən onu tapa bilmirəm. Ana ağlayır. Polisi əlinə düşürsən, vəssalam, nə vəkil, nə zəng var. İnsanlar bax belə yox olur”.

Cənab Stefanoviç deyib ki, Belarusda inzibati qaydada tutulan şəxslər ya cinayətkarlar üçün nəzərdə tutulan təcridxanalara, ya da müvəqqəti saxlama yerlərinə toplanılır. Bununla yanaşı, o, Belarus “Telegram” kanallarından bəzi məhkumların boş yerin yoxluğundan qarajlarda saxlanılması barədə yayılan xəbərləri təkzib edib.

“Məlumatı təsdiq etmədik və ehtimal ki, həqiqət deyil. İndi kifayət qədər yer var, amma 3-4 min adam tutulubsa, Belarus hüquq-mühafizə orqanları əməkdaşlarının onları haraya dolduracaqlarını bilmirəm”, – deyə Stefanoviç “Kommersant”a bildirib.

Qeyd etmək lazımdır ki, Belarusda keçirilən mitinqlərin heç də hamısı təhlükəsizlik işçiləri ilə şiddətli qarşıdurmalarla nəticələnmir. Kiçik şəhərlərdə, məsələn, Brest bölgəsindəki Kobrində çevik polislər aksiyalara müdaxilə etmək niyyətində olmadıqlarını nümayiş etdirərək qalxanlarını endiriblər. Bununla birlikdə, ehtimal ki, onlar bunu, bir növ, həmrəylikdən yox, kiçik saya görə ediblər: ölkənin hər yerindən əsas qüvvələr Minskə və böyük şəhərlərə toplanılıb.

Yayılan videolara baxmayaraq, Aleksandr Lukaşenko özü heç kimin qalxanları endirmədiyini iddia edib. "Polisdən və hərbçilərdən olan uşaqlar özlərini çox ləyaqətlə aparırdılar, əsl vətənpərvərlərdir". O, MDB müşahidə missiyasının rəhbəri, Birliyin icraçı katibi Sergey Lebedevlə görüşdə deyib: "Düzdür, indi hansısa şəhərdə saxta məlumatlar peyda olub ki, çevik polisdən olan uşaqlar demək olar ki, qalxanlarını yerə qoyublar. Dəqiqləşdirirəm, bu ağ yalandır".

"Yaxşı ki, çevik polis onları çəkindirə bildi"

Bazar ertəsi Aleksandr Lukaşenko həm etirazları, həm də seçki günü internetdəki fasilələri çıxışlarında dəfələrlə xatırlanan "günahkarlar"ın boynuna qoyub: "Bu kuklaoynadanlardan biri Çexiyadır. Bu gün Çex Respublikasından ortaq qərargahımızı idarə edirlər, bizim qoyunlar da orada oturub, onlardan nə istəndiyini başa düşmürlər".

Çexiyanın xarici işlər naziri Tomaş Petrşiçek respublikasının Belarusdakı hadisələrdə iştirakını qəti şəkildə rədd edib.

Aleksandr Lukaşenkonun iddiasına görə, müxalifətçilər Polşadan dəstəklənir. Həm də "Rusiyanın barmağı" və "Ukraynanın barmağı"nı tapıb. “Əminəm ki, bu, dövlət siyasəti deyil”, –deyən prezident gələcəkdə sabitliyi pozmaq üçün"kuklaoynadanlar"ın Svetlana Tixanovskayanın qərargahından "müqəddəs bir qurban" tapa biləcəyini açıqlayıb.

Buna görə də, etiraz aksiyaları zamanı müxalifətçilər Minskdəki bir ofisdə toplaşan zaman Aleksandr Lukaşenko deyib ki, hətta "KQB-yə dərhal ən güclü hərbçilərini ora göndərməyi və ofisi gizli şəkildə idarə etməyi tapşırdım ki, Allah qorusun, kimisə öldürməsinlər".

Prezident, öz növbəsində, çevik polislərin hərəkətlərini etirazçıların etdikləri ilə müqayisədə “daha yumşaq” adlandırıb. "İstiqlal Sarayından 200 metr məsafədə bir izdiham toplanıb və telefonda (yəqin ki, söhbəti dinlənilib – “Kommersant”) eşidirik: İstiqlal Sarayına basqın etmək üçün yüz min nəfərə ehtiyacımız var. Hüquq-mühafizə orqanlarının reaksiyası necə olacaq? Yaxşı ki, çevik polislər onları çəkindirə bilib. İstiqlal Sarayına çatsaydılar, artıq fərqli bir hadisə olacaqdı, təhlükəsizlik, antiterror xidməti orada işləyir. Nəticə yaxşı olmayacaqdı".

Deyəsən, cənab Lukaşenko yen' vurğulamaq istəyib ki," ölkənin parçalanmasına imkan verilməyəcək".

Maraqlıdır ki, Aleksandr Lukaşenko bu sözləri Belarus Milli Biotexnoloji Korporasiyasını ziyarət etdikdən sonra söyləyib. Göründüyü kimi, dövlət başçısı seçkilərin başa çatdığını və prezidentin gündəlik işinə qayıtdığını vurğulamaq istəyib.

Ancaq Svetlana Tixanovskayanın rəhbərlik etdiyi müxalifət qərargahı təslim olmaq niyyətində deyil. Namizəd seçkinin nəticələri ilə bağlı MSK-ya şikayət edərək, əslində, qalib gəldiyini iddia edib.

Xatırladaq ki, Belarusun xarici ölkələrdəki səfirlikləri yaxınlığında müxalifətin keçirdiyi “exit-poll”-a görə Svetlana Tixanovskaya səslərin 70%-dən çoxunu qazanıb. MSK etiraf edir ki, xaricdəki hakimiyyət əleyhdarları daha fəal səs veriblər, amma onların səsləri o qədər də çox deyil. Məsələn, Moskvada, rəsmi məlumatlara görə, cənab Lukaşenko – 51%, xanım Tixanovskaya isə 42% səs qazanıb. Qalan səslər daha üç namizəd arasında və "hamıya qarşı"da paylanıb.

Svetlana Tixanovskaya bildirib: “Hakimiyyətin güc vasitəsilə öz mövqelərini qorumağa çalışdıqlarının şahidi olduq”.

Günortadan sonra o, etirazlara qoşulub-qoşulmayacağına dair suala cavab verməkdən imtina edib. Sözarası, axşam mətbuat katibi Anna Krasulina “RİA Novosti”-yə deyib: "Komanda qərara gəlib ki, onun mitinqlərdə görünməsi qarşısını almaq istədiyimiz bəzi əlavə təxribatlara səbəb ola bilər. Buna görə də, komanda onun getməyəcəyinə qərar verib. Tixanovskaya komanda oyunçusu olaraq bu qərarı qəbul edib".

Yeni etirazların olacağına şübhə yoxdur – mitinqlərə çağırışlar Bazar ertəsi məşhur Belarus “Telegram” kanallarında fəal şəkildə yayılıb.

Seçkilərdən sonra Svetlana Tixanovskaya "Hakimiyyətlə dialoq aparmağa çalışacağıq", – deyərək Lukaşenkonu "hakimiyyəti dinc şəkildə təhvil vermə haqqında düşünməyə" çağırıb. Keçmiş bankir Viktor Babarikonun qərargahından olan həmkarı Mariya Kolesnikova daha qətiyyətlə danışaraq "uzunmüddətli mübarizə" vədi verib.

Bununla belə, "Kommersant"ın Belarusdakı həmsöhbətləri iddia edir ki, hətta əyalətlərdə də əhəmiyyətli dəstəyin olmasına baxmayaraq, Svetlana Tixanovskayanın komandasında sadəcə vəziyyəti öz xeyrinə çevirə biləcək müdrik siyasi strateqlər yoxdur.

“Bunu edə bilənlər artıq həbsdədir, – politoloq Artem Şraybman "Kommersant"a bildirib – İndiki etirazları Tixanovovskayanın adamları deyil, səmimi şəkildə hökuməti devirmək və inqilab alovunu yandırmaq istəyən gənc bloqerlər təşkil edir".

"Kommersant"a verdiyi müsahibədə bənzər bir nəzər-nöqtəsini 1994-cü ildə Aleaksandr Lukaşenkonun və 2010-cu ildə müxalifət namizədi Vladimir Neklyayevin qərargahında işləmiş Aleksandr Feduta söyləyib: “Svetlana Tixanovskayanın qərargahı hakimiyyətlə danışıqlar təcrübəsi olan köhnə Belarus müxalifəti ilə əlaqə yaratmayıb. Onlar, çox güman ki, elan edilmiş uzunmüddətli mübarizənin nə strategiyasına, nə də texnologiyasına sahibdir. Hətta etirazları koordinasiya etmək üçün. Səlahiyyətlilərin cavabını nəzərə alaraq ciddi bacarıqlara ehtiyac duyulur, amma görünür, qərargahda heç kimdə bu bacarıq yoxdur".

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı" - Prezidentin köməkçisi

“Rusiya qonşularının daxili siyasətinə qarışmır” - Putin

Xankəndi və Şuşada yaşayan ermənilər Ermənistana qaçır – Video

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri - Düşmənin canlı itkisi videoda

Füzuli şəhəri ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaydı

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

İşğaldan azad edilmiş ərazilərimizdən ilk görüntü - Video

Kəlbəcər tam, Ağdərə isə qismən mühasirəyə alınıb - Ekspert

"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu

loading...

Ən çox oxunanalar