Çərşənbə axşamı, 29 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ayasofyanın əfsanəyə dönmüş tunellərinin sirri açıldı - Video

Alimlər məbədin rentgen görüntülərini çəkiblər və əvvəllər girə bilmədikləri yeni yeraltı məkanlara daxil olublar. Türkiyə elm adamları bu günlərdə ilk dəfə olaraq Ayasofya məbədinin uzun illərdir əfsanə olan yeraltı tunellərinin "3D" skanerini aparıblar. Tarama layihəsinin özü məbədin muzey statusunun ləğvindən və məscidə çevrilməsindən əvvəl başlanıb. Moderator.az xəbər verir ki, Sultan Mehmet Fatihə Vəqfi Universitetinin dosenti Həsən Firat Diker “Hürriyet”-ə açıqlamasında tunellərin bir növ  binanın qan dövranı sistemi olduğunu və tam bərpa olunacağı təqdirdə binaya nəfəs almaq imkanı verəcəyini söyləyib. Diker Ayasofyanın elm adamlarına hər dəfə yeni bir tərəfdən açıldığını bildirib. Tədqiqat zamanı alimlər Ayasofyanın rentgen görüntülərini çəkiblər və əvvəllər girə bilmədikləri yeni yeraltı məkanlara daxil olublar.

"Yeraltı məkanlardan bəziləri o qədər böyükdür ki, indiyə qədər onların necə gözədəyməz qaldıqlarını düşünürsən. Tunellərin təmizlənməsinə ehtiyac var. Palçıq və daşlarla dolu yerlər var. Tunellər eynilə xolesterolun  qan damarlarını tutduğu kimi tıxanıb. Tıxanmaların aradan qaldırılmasıyla bina daha rahat nəfəs ala biləcəkdir. Heç bir xüsusi kondisioner cihazı lazım olmayacaq" - deyib Diker.

Alim Memar Sinan qülləsinin altından bir dəhlizin keçməsinə də aydınlıq gətirib. O, Memar Sinanın  qurğusunun inşası zamanı həmin tuneli qoruduğu qənaətinə gəlib.

Dikerin sözlərinə görə, üç həftə davam edən tədqiqatların nəticələri, sentyabrın 24-25-də İstanbulda keçiriləcək Ayasofya Beynəlxalq Simpoziumunda elan ediləcək. Hər kəs onlarla tanış ola bilər.

Bundan əlavə, tədqiqat zamanı alimlər Ayasofyanın altında qayıqların üzməsi mifini də aradan qaldırıblar. Rentgen görüntüləri göstərir ki, bütün tunellər və yeraltı tikililər binanı havalandırmaq və yağış sularından qorumaq üçün qurulub və məbəd əsasən bunun sayəsində 1484 ildir ki, duruş gətirib.

pia.az


Etiket: Ayasofya

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı" - Prezidentin köməkçisi

“Rusiya qonşularının daxili siyasətinə qarışmır” - Putin

Xankəndi və Şuşada yaşayan ermənilər Ermənistana qaçır – Video

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri - Düşmənin canlı itkisi videoda

Füzuli şəhəri ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaydı

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

İşğaldan azad edilmiş ərazilərimizdən ilk görüntü - Video

"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu

Kəlbəcər tam, Ağdərə isə qismən mühasirəyə alınıb - Ekspert

loading...

Ən çox oxunanalar