Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko etirazçıları “qoyun” adlandırdı 

Məlum olduğu kimi, Belarusda keçirilən prezident seçkilərindən sonra baş tutan kütləvi etiraz aksiyalarına hakimiyyət tərəfindən sərt şəkildə müdaxilə olunub.

PİA.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi min nəfəri Minskdə olmaqla, ölkə üzrə 3 minədək etirazçının saxlandığını, toqquşmalar zamanı 50-dən çox dinc sakinin, 39 hüquq-mühafizə əməkdaşının xəsarət aldığını rəsmən bəyan edib.

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə Minskdə keçirdiyi mətbuat konfransında seçkinin qalibi olduğunu açıqlayıb. O, fikrinin seçki məntəqələrinin çoxundan əldə olunmuş real protokollara əsaslandığını, həmin sənədlərin onun seçkini udduğunu sübuta yetirdiyini söyləyib.

Tixanovskaya seçki komissiyasının elan etdiyi rəsmi nəticələrin saxtalaşdırıldığını iddia edib. Onun sözlərinə görə, etirazlar zamanı bir nəfərin öldüyü təsdiqlənərsə, bu, Lukaşenko hökumətinin sonunun başlanğıcı olacaq. DİN-in rəsmi sözçüsü isə bir nəfərin ölümü haqda məlumatın yalan olduğunu bildirib.

Prezident Aleksandr Lukaşenko isə öz növbəsində aksiyalarda iştirak edənləri sərt dildə tənqid və hətta təhqir edib. Lukaşenko etirazçılara “adekvat cavab veriləcəyini” bildirib. Prezident həmçinin etirazçıları telefon vasitəsilə xarici ölkələrdən idarə olunan “qoyunlar” adlandırıb: “Polşadan, Böyük Britaniyadan, Çexiya Respublikasından bizim, bu sözə görə üzr istəyirəm, qoyunları idarə etmək üçün telefon zəngləri olub. Onlar nə etdiklərini bilmirlər və başqaları onları idarə etməyə başlayır.”

Prezident aksiyalarda iştirak edən gənclərin valideynlərinə də xəbərdarlıq edərək, əgər sonradan peşman olmalarını istəmirlərsə, vaxtında övladlarına nəzarət etmələrini məsləhət görüb. Lukaşenko əlavə edib ki, Minskin mərkəzində “yanğın törətmək”cəhdi baş tutmayıb və o, ölkənin parçalanmasına imkan verməyəcək.

Onu da qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Belarusda baş verən zorakılığı pisləyib, hökuməti seçkinin nəticələrini dəqiq hesablayıb dərc etməyə çağırıb. 

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali təmsilçisi Jozep Borrell və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də zorakılığı pisləyib. Onlar da avqustun 10-da verdikləri bəyanatda Belarus hökumətini səsləri düzgün saymağa çağırıblar. (AzPolitika.info)

pia.az


Etiket: Lukaşenko

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar