Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Uşaqpulu verilməlidir” – Deputatdan Mirşahinə cavab

PİA.az xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayevin deputatları tənqid edərək, indiki şəraitdə onlardan bəzilərinin uşaq pulu məsələsini qaldırması əleyhinə çıxmasına münasibət bildirərkən Milli Məclisin deputatı Aqil Abbas deyib: "Onun nə dedikləri barədə dəqiq məlumatım yoxdur. Ona görə də bu haqda dəqiq bir şey deyə bilmərəm. Amma bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi geriləmə var. Əksər yerlər bağlanıb, işsizlik artıb, insanlar işləyə bilmir. Biz də deputat olaraq çalışırıq ki, bu fonda iqtisadiyyatımızı necə qaldıraq, pandemiyadan necə qurtaraq. Bunu hamı bilir. Amma bununla belə, fikrimcə, uşaq pulu da verilməlidir.

"Deputat öz seçicilərinin fikrini deyir”. Bunu isə deputat Elman Məmmədov deyib: "Bu məsələdə hər kəsin, deputatın, digər insanların, vəzifəli və vəzifəsi olmayanın özünəməxsus fikirləri var. Heç kimi söylədiyi fikrə görə qınamaq olmaz. Hər kəs öz bildiyi kimi fikirləşir. Uşaq pulunun verilməsi məsələsinin qaldırılmasında qəbahətli bir şey görmürəm. Təbii ki, deputatlar da bu fikirləri özündən ortaya ataraq demir. Deputat deyirsə ki, çoxuşaqlı ailələrə uşaq pulunun verilməsi məqsədəuyğundur, deməli millət vəkili seçicilərinin fikrini söyləyir. Yəni, deputata seçiciləri tərəfindən həmin istiqamətdə təkliflər olunub”.

"Uşaq pulu məsələsi pandemiyadan sonrakı mərhələdə müzakirə edilsin”. Bu fikirləri söyləyən deputat Fazil Mustafa isə ümumən REAL TV rəhbərinin açıqlamaları ilə razıdır: "Deputatlar bütün digər məsələlər kimi, uşaq pulu məsələsini də qaldıra bilərlər. Amma Mirşahin müəllim yəqin daha vacib məsələləri nəzərdə tutub. Bu vacib məsələlər də ordu və təhsillə bağlıdır. Deputatlar sosial məsələləri də qaldırmalıdır. Amma fikrimcə, daha çox real məsələlər üzərində fikir yürütməlidirlər. Uşaq pulu məsələsini pandemiyadan sonrakı mərhələdə gündəmə gətirmək olar. Çünki indiki dövrdə bütün məsələlər daha çox pandemiyadan xilas istiqamətinə yönəlməlidir. Hər kəsin müstəqil fikri ola bilər. Bu baxımdan o da aktual saydığı fikirləri söyləyib”.(Sfera)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar