Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Siyasətçiləri zorla riyakar, minsifətli olmağa sövq etməyin"- Natiq Cəfərli

“Özlərinə demokrat deyən adamların başqa fikrə, düşüncəyə, mövqeyə aqressiv yanaşdığı qəribə bir toplumda yaşayırıq. Erkin Qədirli ilə bağlı bir onu deyim ki, adamın nə deməyindən asılı olmayaraq 3 qrup insan onu həmişə linç edəcək: 1) Özünə liberal deyənlər – onların əksəriyyətini Erkin yetişdirib, indi də onlar elə bilirlər ki, Erkin liberalizmə xəyanət edib, halbuki, o heç vaxt liberal olmayıb, amma liberalizmdən dərs deyib, bu işin fəlsəfəsini özünə liberal deyənlərdən yaxşı bilir, 2) Erkini söyərək reytinq qazanmaq istəyənlər – son 10 ildə dəfələrlə bunun şahidi olmuşam, sadəcə dərd budur ki, 10 ildir Erkin yenə müzakirə olunur, bu gün də dediyi-yazdığı fikir fırtınası yaradır, amma onu söyüb, təhqid edib, aşağılayıb xal qazanmağa çalışanları indi heç kim xatırlamır da, 3) Mənasız yerə, anlamadan sırf bunu Erkin (ya da REAL) söyləyib deyə linç edənlər – bu tiplərin dərdi məsələnin dərinliyi deyil, formasıdır. Sabah Erkin çıxıb, “mən badımcan dolması xoşlayıram”, desə, onlar küy qaldıracaqlar ki, yox e, belə olmaz, bəs yarpaq, kələm, pomidor dolması?! Niyə onları bəyənmirsən – hə, deməli, sən dolmaya qarşısan, ya da, badımcana xüsusi yanaşman var. Bax bu tip insanlar hələ də “dolma bizimdir” səviyyəsində olanlardır”.

PİA.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərlinin sözlərinə görə, kiçik və ideoloji bir kəsim var ki, bu insanların Erkin Qədirlini tənqid etməsini çox doğru, yararlı və məzmunlu hesab edir: “Onlar yuxarıdakı 3 qrupa aid deyil: Nə dediklərini bilirlər, Erkinin yazdığını anlayıb da dəyərlərinə görə tənqid edirlər. O kiçicik qrupa təşəkkür edirəm və zaman-zaman özüm də o qrupun içində oluram. Erkinin səhvləri olur- olacaqda, çünki düşündüyünü deyir, amma insanı fikrinə görə linc etmək faşizmdir – demokratiya istəmirsiniz? O zaman fərqli fikirlərə də dözümli yanaşın, yoxsa, “o mənim üçün bitdi, REAL tükəndi”, kimi dayaz sözlərə nə ehtiyac var axı?! Bu günə qədər Erkinə “bitib” deyənlər hardadı, Erkin harda?! Bu günə qədər REAL-ı 10 dəfə basdıranlar hardadı, biz harda?! Bizi tarixin zibilliyinə göndərmək istəyənlər hardadı, biz indi hardayıq?! Tənqid edin, lap yıxın-sürüyün, amma demokratik, liberal dəyərlərin əsasını zədələməyin, başımıza senzor kəsilməyin – zatən bu avtoritar hakimiyyətin senzurası hamımıza bəs edər! Siyasətçiləri zorla riyakar, populist, minsifətli olmağa sövq etməyin, bundan hamımız uduzacağıq! (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar