Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün "Qarabağ"ın ilk rəqibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Ağdam komandası daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində qərarlaşacaq. Ona səpələnməmişlər səbətindəki daha aşağı reytinqli "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) rəqib olacaq.

Ümumilikdə 34 komanda 5 qrupdan ibarət olmaqla, 2 səbətə bölünüb.

1-ci qrup

Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Legiya" (Varşava, Polşa), "Ferentsvaroş" (Macarıstan)
Səpələnməmişlər: "Yurqorden" (İsveç), İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, KP (Reykyavik, İslandiya)

2-ci qrup

Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Sarayevo" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels), "Europa" (Cəbəllütariq)

3-cü qrup

Səpələnmişlər: "Lüdoqorets" (Bolqarıstan), ÇFR (Kluj, Rumıniya), "Omoniya" (Kipr)
Səpələnməmişlər: "Buduçnost" (Podqoritsa, Monteneqro), "Ararat-Armenia" (Ermənistan), "Floriana" (Malta)

4-cü qrup

Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), "Dinamo" (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər: "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya)

5-ci qrup

Səpələnmişlər: "Molde" (Norveç), "Dandolk" (İrlandiya), "Slovan" (Bratislava, Slovakiya), "Suduva" (Litva)
Səpələnməmişlər: "Flora" (Tallin, Estoniya), Kİ (Klaksvik, Farer adaları), "Tselye" (Sloveniya), "KuPS" (Finlandiya)

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən adı birinci çıxacaq komanda evdə oynayacaq. Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər.

pia.az 


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar