Qax rayonunun Ləkit kəndində "VAZ" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
pia.az