Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Niyə Sahil Babayev yüksək maaşdan imtina edib 250 manatı almır?" - Ekspertdən Nazirə cavab

"250 manat bir insanın yalnız ay ərzində qidasını ödəyə bilər".

PİA.az xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin "190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin ki?” fikirinə münasibətində deyib.

Ekspert bildirib ki, Sahil Babayevin 190 manat verdiyi insanların böyük əksəriyyəti imkanlı şəxslərin evində, həyətində fəhləlik edir:

"Sahil Babayev onun müavinləri, idarə rəisləri, şöbə müdirləri və əməkdaşları mümkündürsə, 250 manata bir neçə ay dolanışıqlarını təmin edib, problemlərini həll etsinlər. Niyə onlar yüksək əmək haqqından imtina edib vətəndaşlara təklif etdiyi 250 manatı almır? 250 manat bir insanın yalnız qidasını ödəyə bilər. Onun kommunal xərcləri, dərman preparatları və ehtiyacları var. Bunu kim və necə ödəyəcək? 250 manat bunu ödəmir. 190 manat verilən insanlar müəyyən yerlərdə işləyirlər. Kiminsə evində fəhləlik edir, ev yığışdırır, qonşular cağırır, onlar da məcburdur ki, hardansa dolansın. Onun-bunun evində işləməklə gündəlik dolanışığını ödəyir. Sahil Babayev bunu nəzərə alsın".

Vahid Mərərrəmovun fikrincə, Sahil Babayevin bu açıqlaması nazir vəzifəsinə yaraşmır:

"Sahil Babayev bunu nəzərə almalıdır ki, adamların daimi işi yoxdur. Müvvəqqəti şənbə və bazar günü kiminsə həyətində, təsərrüfatında işləyirlər. Sahil Babayev istəyir ki, bu adamlar bir ay 250 manata işləsin. Düşünürəm ki, bu nazir vəzifəsinə yaraşan səviyyə deyil. Ölkədə 3 milyona yaxın işsiz insan var. Sahil Babayev bunu nəzərə almalıdır. Biz araşdırma apardıq. Bizdən başqa digər mütəxəssislər də araşdırmalar apardı. Tam əminliklə deyə bilərəm ki, kənd təsərrüfatında 1 milyon 500 min işsiz adam var. Bunlar nəyin hesabına dolanır? Əgər Sahil Babayev sistemli qaydada aylıq 250 manat maaş təklif etdiyi adamlara ayda 500-600 manat iş təklifi etsə, hamı böyük həvəslə qəbul edər və işləyər".

Ekspert qeyd edib ki, həmin adamlar evdən çıxıb gedirsə, gün ərzində 2-3 dəfə pul xərcləyir:

"Ona görə 250 manata işləmək istəmirlər. Yol xərci, üstəlik də işlədiyi yerdə yemək xərci, bəs ay sonu evə nə gətirsin? Onun verdiyi 250 manatdan adamlar elə-belə imtina etmir. Hamının evində xəstə var, elə adam var, aylıq 200 manatlıq dərman alır. Bunu nəzərə almalıdır Sahil Babayev".

Vahid Məhərrəmov Sahil Babayevə 250 manatlıq iş yerlərinin adlarını mətbuata açıqlamağı təklif edib:

"250 manatlıq iş yerlərinin adı və ünvanı açıqlanmalıdır. İkincisi, 250 manatlıq iş yerində adamı elə işlədirlər ki, bir aydan sonra qazanılan pul iynə dərmana verirlər. Üçüncüsü, ölkədə tibbi sığorta yoxdur. İş yerində bir qəza olanda xərclərin hamısını ucuz işə gedən fəhlə ödəyir. Vətəndaşa 250 manatlıq iş təklif edən Sahil Babayev bunları da nəzərə almalıdır".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bunları demişdi: "Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?". (Qaynarinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar