Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə oldu - Foto

Avqustun 8-də Mingəçevir şəhərindəki keçmiş turist bazasında (Turbaza), məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidə torpaq sürüşməsi baş verib.

Bu barədə Pravda.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar.

Hadisə nəticəsində ikisi Ağdam, biri Kəlbəcər rayonundan olmaqla 3 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış yerinə ziyan dəyib. Dövlət Komitəsi həmin yaşayış yerlərində qısa müddətdə zəruri təmir-bərpa işləri aparacaq.

Mingəçevir şəhərindəki “Turbaza” adlanan ərazidə 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Bu ailələrin əksəriyyəti AğdamKəlbəcər rayonlarından olan məcburi köçkünlərdir. Onların yeni yaşayış sahələrinə köçürülməsi məsələsinə bölgədə məcburi köçkünlər üçün gələcəkdə yeni qəsəbələr salınarkən mövcud qaydalar çərçivəsində baxılacaq.

Qeyd olunub ki, indiyədək Mingəçevirdə 2004-cü ildə 412 ailəlik “Yeni həyat” qəsəbəsi, 2013-cü ildə 504 ailəlik qəsəbə, 2015-ci ildə 594 mənzilli ümumilikdə 1510 ailəlik üç qəsəbə istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Planı – Yol xəritəsinə uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılması nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar