Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı-ekspert: “Neft Şirkəti dövlət büdcəsinin üzərində bir yük kimi qalıb”

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri: “Dövlət Neft Şirkəti ölkənin ən böyük ixracatçısına olmaqla yanaşı, həm də dövlət büdcəsinin üzərində bir yük kimi qalıb”.

“Neft Şirkəti illik fəaliyyəti barədə, maliyyə hesabatı və sosial məsuliyyət haqqında hesabatlar dərc edir. Lakin burada xərclərin strukturu haqqında məlumatlar tam açıq deyil”.

Bu sözləri iqtisadçı-ekspert Azər Mehdiyev prezidentin Dövlət Neft Şirkətini sərt tənqid etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident dünən keçirdiyi müşavirədə Dövlət Neft Şirkətini sərt tənqid edib. O bildirib ki, ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur?

Həmçinin prezident deyib ki, bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.

Ölkənun əsas ixracat və istehsal şirkəti olan olan Dövlət Neft Şirkətnin fəaliyyətinin prezident tərəfindən belə sərt tənqidə məruz qoyulmasını nəylə əlaqləndirmək olar? Ümumiyyətlə Dövlət Neft Şirkətinin fəaliyyətindəki nöqsanlar nələrdən ibarətdir və bu nəhəng şirkətin dövlətdən dotasiya alaraq sosial layihələri həyata keçirməsi hansı səbələrdən baş verir?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri, iqtisadçı Azər Mehtiyevlə müzakirə edib.

Azər Mehtiyev: “Dövlət Neft Şirkətinin dövlətlə münasibətlərində şirkət-dövlət münasibətlərinə dəxli olmayan prinsipləri mövcuddur”.

Dövlət Neft Şirkəti özü dövlət daxilində bir dövlət yaratdığını hesab edən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, hətta dövlətin yoxlama qurumları belə orada normal yoxlama həyata keçirə bilmir. Ekspertə görə Neft Şirkətində bir çox məsələlər sadəcə olaraq razılaşdırılmış formada həyata keçirilir. Bu da məmurlar üçün korrupsiya risklərini artıran amil kimi çıxış edir:

Prezident özü də nöqsanları qeyd etdi. Söhbət Dövlət Neft Şirkətinin kifayət qədər hesablı və şəffaf olmamasından gedir. Düzdür Neft Şirkəti illik fəaliyyəti barədə, maliyyə hesabatı və sosial məsuliyyət haqqında hesabatlar dərc edir. Lakin burada xərclərin strukturu haqqında məlumatlar tam açıq deyil.

Ümumiyyətlə Dövlət Neft Şirkətinin dövlətlə münasibətlərində şirkət-dövlət münasibətlərinə dəxli olmayan prinsipləri mövcuddur. Dövlət Neft Şirkətinin çox böyük həcmdə sosial məsuliyyəti ortadadır. Yəni dövlətin yerinə yetirməli olduğu bir çox funksiyalar şirkətin üzərinə yönəlib. Adətən buna kvazit-filsal iqtisadiyyatlar deyilir. Bu da ona imkan vermir ki, dövlət həmin şirkətin real xərcləri ilə baş verən xərclərinin nəyə xərclənməsinə fərq qoya bilmir.

Buna görə də Dövlət Neft Şirkəti kəskin borclandığı zaman borcları özü ödəyə bilmir. Borcların böyük əksəriyyəti dövlətin üzərinə düşür. Sanki Dövlət Neft Şirkəti ölkənin ən böyük ixracatçısına olmaqla yanaşı, həm də dövlət büdcəsinin üzərində bir yük kimi qalıb.

Azər Mehtiyev: “Neft Şirkətində idarəetmə sistemi müasir effektiv menecmentin tələblərinə cavab vermir”.

Əslində bu yeni məsələ deyil. İllərdir biz ekspertlər bu problemi qaldırırıq. Həm də bu məsələ yalnız Dövlət Neft Şirkətinə aid məsələ deyil. Bir qədər həcmi azalmaqla bu bütün dövlət şirkətlərinə aid olan məsələdir. Yəni bütün dövlət şirkətləri effektli idarəetməyə malik deyil. Ümumiyyətlə Neft Şirkətində idarəetmə sistemi müasir effektiv menecmentin tələblərinə cavab vermir. İllərdir danışılsa da, ortada bir korporativ idarəetmə yoxdur. Bu şəraitdə də təbii ki, Dövlət Neft Şirkətinin üzərində ictimai və dövlət nəzarətini təşkil etmək düzgün deyil.

Eyni zamanda Dövlət Neft Şirkəti özü dövlət daxilində bir dövlət yaradıb. Hətta dövlətin yoxlama qurumları belə orada normal yoxlama həyata keçirə bilmir. Orada bir çox məsələlər sadəcə olaraq razılaşdırılmış formada həyata keçirilir. Bu da məmurlar üçün korrupsiya risklərini artıran amil kimi çıxış edir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar