Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko Putin haqda elə şeylər danışdı ki… - Sensasion video

“Yeltsin Putini hakimiyyətə gətirdiyinə görə peşman olmuşdu”; “Məni koronavirusa yoluxdurdular” və daha nələr...

Belarusda avqustun 9-da keçiriləcək prezident seçkilərinə sayılı günlər qalıb. Bu ərəfədə Rusiya ilə Belarus arasında münasibətlər gərginləşib.

Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putin haqda sensasion açıqlamalar verib.

O, deyib ki, Rusiyanın ilk prezidenti Boris Yeltsin bir müddət sonra Vladimir Putini özünün varisi seçdiyinə görə peşman olub. Lukaşenkonun sözlərinə görə, Putin Kremlə yerləşən kimi Rusiyanın ilk prezidenti ilə aralarında fikir ayrılığına səbəb olan bəzi qərarlar qəbul etməyə başlayıb. "Putinin bəzi qərarları Yeltsini qəzəbləndirirdi", deyə Aleksandr Lukaşenko bildirib.

Lukaşenko əlavə edib ki, Yeltsin prezident vəzifəsindən istefa verdikdən sonra onunla tez-tez görüşüb və Putindən narazılıqlarına görə onu sakitləşdirməyə çalışıb. “Amma "Yeltsin peşman idi...”, deyə Belarus prezidenti bildirib.

Lukaşenko deyib ki, Putinlə fikir ayrılığının Yeltsinin hakimiyyətə olan sevgisi səbəbindən baş verdiyinə inanmır. Çünki Yeltsin düşünürdü ki, Putin "məsləhət üçün ona tərəf qaçacaq", amma bu, baş verməyib. Lukaşenko xatırladıb ki, Putinin Kuba və Vyetnamdakı Rusiya hərbi bazalarını saxlamaqdan imtina etməsi qərarı Yeltsini hədsiz məyus edib. Belarus prezidenti onu da deyib ki, o, Yeltsini bu cür qəzəbli vaxtlarında “bir stəkan şərab içməklə” sakitləşdirməyə çalışıb.

Lukaşenko “Putin heç kimə inanmır” deyərək, Rusiya prezidenti haqda düşündüklərini, onun xarakteri haqda müşahidələrini dilə gətirib. Jurnalist Belarus prezidentinə Rusiya ilə ticarət, neft müharibələrinin olduğunu, daima Minskə təzyiq etdiyini və bunun 2036-cı ilə qədər davam edə biləcəyini deyib. Lukaşenko deyib ki, Putinin 2036-cı ilə qədər prezident olacağı jurnalistlərin fərziyyəsidir ki, bu da reallaşmayacaq. Belarus lideri etiraf edib ki, Putinlə mübarizədən yorulmaq olmur, amma Almaniya kansleri Angela Merkel ilə "yorula bilər".

Eyni zamanda, Belarus lideri Merkeli "dişi canavar" kimi xarakterizə edib: “Onsuz Avropa "gücünü itirərdi".

Qeyd edək ki, Rusiyada az qala düşmən elan edilən ukraynalı jurnalist Qordonun Lukaşenko ilə müsahibəsinin yalnız bəzi hissələri yayılıb və bu, Rusiya telekanallarında artıq ciddi müzakirəyə çevrilib.

Müsahibənin hələ yayılmayan hissəsində Belarus prezidenti deyib ki, koronavirus xəstəliyinə tutulması təsadüfi olmayıb. Onun fikrincə, bu xəstəlik ona "əkilib", yəni yoluxması təbii yolla olmayıb. "Koronavirusu mənə soxuşdurublar. İndi bunu araşdırırıq", deyə o bildirib. Belarus rəhbəri onu da əlavə edib ki, xəstəliyi yüngül formada və ayaq üstə keçirib.

Qordon “Azadlıq radiosu”na müsahibə zamanı Lukaşenkonu tamamilə sağlam görüb və bildirib ki, prezidentin çox güclü əl sıxışması var. Lukaşenko “məni güllələyə bilərlər. Ancaq mən heç yerə qaçmayacağam" söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar