Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lavanguardia” qəzeti: "Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənməz deyil"

İspaniyanın qocaman nəşrlərindən biri olan “Lavanguardia” qəzetində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə “Azərbaycanın səbri tükənməz deyil” sərlövhəsi ilə dərc edilib.

PİA.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi bu müsahibədə Ermənistanla sərhəddə yaranmış vəziyyəti şərh edib.

Hikmət Hacıyev qeyd edib ki, rəsmi Bakı Ermənistanla münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Bu halda Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun, BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edildiyi kimi hökmən işğaldan azad edilməsi nəzərdə tutulur.

Hikmət Hacıyev vurğulayıb: “Əks halda Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü qorumaq və sərhədlərinin toxunulmazlığını təmin etmək hüququnu saxlayır”.

O xəbərdarlıq edib ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni hərbi iştirakı qabaqcadan söylənilə bilməyəcək potensial nəticələr riskinin mənbəyidir”.

Hikmət Hacıyev həmin müsahibəsində deyib: “Ermənistan münaqişənin həllində maraqlı deyil, o, indiki status-kvonu möhkəmlətməyə və onun müddətini uzatmağa çalışır”. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıdır. O deyib: “Otuz ilə yaxındır ki, biz danışıqlar prosesində iştirak edirik. “Strateji təmkin” adlandırıla biləcək bu fakt ölkəmizin məsələyə konstruktiv münasibətinin parlaq nümunəsidir. Lakin biz nəticə əldə edilməsinə yönəlmiş məzmunlu danışıqların tərəfdarıyıq”.

H.Hacıyev xəbərdarlıq edib ki, Bakı danışıqlar xatirinə danışığa getməyəcək, danışıqlar əbədi davam edə bilməz, çünki “indiki status-kvo yolverilməzdir və dəyişməlidir”.

Azərbaycanın səbri tükənməz deyil”, - deyən H.Hacıyev vurğulayıb ki, işğal hərbi cinayətlərlə və insanlığa qarşı cinayətlərlə, etnik təmizləmələr müşayiət olunub. Münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan başa düşməlidir ki, XXI əsrdə beynəlxalq münasibətlər cəngəlliklər qanunu ilə nizamlana bilməz.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin vaxtaşırı pozulmasına, azərbaycanlı hərbi qulluqçuların və bir nəfər dinc sakinin həlak olmasına gəldikdə isə, H.Hacıyev bu hadisələri qətiyyətlə “qəsdən törədilmiş provokasiya”, “Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz” adlandırıb.

Onun fikrincə, Yerevan bu hərəkətləri etməklə bir neçə məqsəd güdür. Onun bir məqsədi qlobal neft-qaz və nəqliyyat layihələrinin Azərbaycanın şimal-qərbində Tovuz rayonunda yerləşən strateji infrastrukturuna ziyan vurmaqdır.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyinin daha bir məqsədi Ermənistanda ictimai rəyi daxili problemlərdən, amanabənd sosial-iqtisadi vəziyyətdən, müxalifətçilərin təqib edilməsindən və COVID-19 pandemiyasından yayındırmaq idi.

Hikmət Hacıyev sonda diqqətə çatdırıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etməyə çalışıb. Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb: “Azərbaycan ordusu bütün hücumları dəf etdi və Yerevan öz məqsədlərinin heç birinə nail olmadı”. (AZƏRTAC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar