Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hilalın 190 manatı və Livana gedən 1 milyon

Qarabağa və orduya dəstək yürüşündə iştirak edən müxalif siyasi partiya üzvlərinin müxtəlif səbəblərdən siyasi motivli həbslərinin olması ölkənin nüfuzuna ciddi şəkildə zərər vurur - Azərbaycan dövlətinə qarşı sanksiyalara yol açır, beynəlxalq mediada haqqımızda utandırıcı yazılar yazılır

1993-cü il. Zəngilan rayonu Livan ermənilərinin də maddi və hərbi dəstəyi ilə Ermənistan tərəfindən işğal olunur. 9 yaşlı Hilal və onun minlərlə həmyaşıdı məcburi köçkün düşürlər…

2020-ci il. Pandemiya. Hilal minlərlə həmyaşıdı kimi günəmuzd çalışır və 4 nəfərdən ibarət ailəsini pandemiyaya qədər pis-yaxşı dolandırırdı. Pandemiya başlayandan Hilal və heç bir yerdə çalışmayan həyat yoldaşı 190 manat üçün dövlətə müraciət edir. Amma təəssüf ki, rədd cavabı alır. Sən demə, hökumətin fikrinə görə, Hilalın aldığı aylıq 60 manat "qaçqın" pulu 4 nəfərlik ailənin yaşaması üçün kifayət edirmiş. Hardasa çalışmalarına və əlavə 190 manat yardım almalarına ehtiyac yox imiş! Vətəndaşa qarşı bu tərbiyəsizliyi yenə də ölkənin gələcəyi naminə, hardasa, bağışlamaq olardı, amma…

2020-ci ilin avqust ayında Beyrut şəhərinin bir hissəsində partlayış səbəbindən faciələr yaşanır. Hilal və Hilal kimilərə 190 manat verə bilməyən Azərbaycan hökuməti Ermənistanın dostu və qardaşı Livana 1 milyon verir…

Hökumət və onun tərəfdarları bunu xarici siyasət kursu, dövlətlərarası münasibətlər, ölkənin humanist imici və s. arqumentlərlə “əsaslandırıb” təqdim etməyə çalışdılar.

Bu arqumentlərin əsassız olduğu barədə məndən öncə yazan politoqlarımızın fikrinə qoşuluram və təkrar olmasın deyə, bir sıra məsələlərə bir daha toxunmuram. Məsələn, Nazim Cefersoyun statusundakı fikirləri tamamilə bölüşürəm.

Lakin toxunmaq istədiyim bir neçə məqam var:

1. Livanın bizim 1 milyona ehtiyacı yox idi, ancaq Azərbaycan vətəndaşının bu pula böyük ehtiyacı vardı.

2. Livanın bu pula ehtiyacı olmadığından və bir çox səbəbdən bu “jest” bizim Livanla olan diplomatik əlaqələrimizə heç bir uğur gətirməyəcək.

3. Qarabağa və orduya dəstək yürüşündə iştirak edən müxalif siyasi partiya üzvlərinin müxtəlif səbəblərdən siyasi motivli həbslərinin olması ölkənin nüfuzuna ciddi şəkildə zərər vurur - Azərbaycan dövlətinə qarşı sanksiyalara yol açır, beynəlxalq mediada haqqımızda utandırıcı yazılar yazılır.

O 1 milyon nəinki imicimizi qurtara bilmir, hətta yenə bizi gözdən salır.

Çünki yardım göstərən ölkənin öz vətəndaşına qayğısı aşağı olduğundan erməninin dostuna edilən yardımın onun boğazından kəsildiyini düşünən vətəndaşda bu qərar qıcıq yaradır.

Dövlət büdcəsi ilə bağlı növbədənkənar yığışan parlamentdə işğal altında olan rayonların heç bir deputatının Livana gedən yardımla bağlı məsələyə etiraz etməməsi isə bir başqa biabırçılıqdır.

Xalq bunların hamısını görür. Biz yazanda ki, peşəkar komanda formalaşmalıdır, vergidən təhsilə, təhsildən diplomatiyaya transfer olunan yeni nazirimizin uğur gətirəcəyinə inanmırıq - bu günə görə deyirdik.

Bəli, Azərbaycanın ali icra orqanı prezident institutudur. Ancaq prezidentin imzasından əvvəl bu qərarlar onun komandası tərəfindən hazırlanmalıdır. Bu bütün dünyada belədir. Bəs bu komanda bir qərarı prezidentin qabağına çıxaranda hansı strateji hesablamalar aparır? Ümumiyyətlə, mənə bir vətəndaş kimi maraqlıdır: xarici siyasi kursun bir parçası kimi başqa dövlətlərə yardım və ya hansı hallarda hansı ölkələrə yardım strategiyası üzrə çalışan bir "beyin mərkəzi" varmı?

Dəfələrlə qeyd edirik ki, hər bir sahədə peşəkarların çalışması vacibdir. Təcrübəli və yaşlı peşəkarlar həmin sahə üzrə gənc mütəxəssisləri yetişdirməlidirlər.

Təcrübə ilə çeviklik bir arada olmalıdır.

Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də artıq. Belə olsa, Hilal və onun kimi vətəndaşlarımızın da həm çörəyi olar, həm də yardım edən dövlətə dəstəyi.

P.S. Bu arada qeyd edim ki, Hilal mənim qardaşımdır.(Anar Əsədli, Dominant.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar