Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"“Kapitan Nagdaliyev” gəmisi ilə bağlı yanlış məlumatlar yayılır" - Palmali

Xəbər verdiyimiz kimi, Livanın paytaxtı Beyrutda baş vermiş partlayış zamanı “Palmali Holding” şirkətinə məxsus “Kapitan Nagdaliyev” gəmisi limanda olub.

PİA.az-ın xəbərinə görə, partlayış nəticəsində gəmi heyətindən xəsarət alan olmayıb.

Şirkət rəhbərliyi heyət üzvləri ilə mütəmadi əlaqə saxlayaraq son məlumatları alır. Bəzi mətbuat orqanlatında “Kapitan Nagdaliyev” gəmisi ilə bağlı yanlış məlumatlar yayılır.

“Xəbər verilir ki, guya şirkət gəmini və onun komandasını atıb. Ekipajı da girov saxlayıb. Bu, tamamilə yalandır. Biz hazırda maddi çətinliklər yaşadığımızı inkar etmirik. Dünyada tuğyan edən igtisadi böhran, üstəlik, məlum hadisələr “Palmali Holdingi” ciddi maddi və mənəvi sınaqlarla üz-üzə buraxıb. Problemləri həll etmək, öhdəlikləri yerinə yetirmək üçün şirkət rəhbərliyi əlindən gələni edir. Onu da bildiririk ki, ekipaj qarşısında öhdəliklərini yerinə yetirə bilməyən və böhran yaşayan şirkət yalnız "Palmali Holding" deyil. “Palmali” olaraq bəyan edirik ki, biz məsuliyyətimizi dərk edir və problemləri həll etmək istigamətində tədbirlərimizi davam etdiririk. Əminik ki, yaranan çətinliklər müvəqqətidir. Biz heç bir gəmimizi tərk etmədik və etmək niyyətimiz də yoxdur. Belə olsa idi, may ayından Beyrut limanında dayanan gəmi heyətimiz nə yeyib, nə içərdi? Ekipaj üzvlərinin ehtiyacları ödənilir. Gəmiçilərimizin ailə üzvlərindən təmkinli olmalarını və bizə güvənmələrini xahiş edirik. “Palmali” 20 ildən çoxdur ki, fəaliyyət göstərir və dünyanın sayılıb-seçilən şirkətlərindən biri olub. Bizim şirkət hər zaman gəmiçilərə ən yüksək maaş verib və azərbaycanlı gəmiçilərlə işləməyi üstün tutub, onlara iş imkanları yaradıb. “Palmali” peşəkar kapitan və gəmiçilər ailəsi yetişdirib. İndi isə, şirkət çətin günlər yaşayır və hər kəsdən anlayışlı olmağı xahiş edir. Bu probləmlər çözüləcək və tez bir zamanda dünya sularında üzən gəmilərimiz və heyətimiz barədə gözəl xəbərlər yayılacaq” – “Palmali”nin məumatda qeyd olunub.(Pravda.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar