Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şagirdlər şəhidlər üçün bir araya gəldi - Video

Son günlər baş verən mənfur düşmən təxribatının önünün alınması yönündə öz canını sipər edən oğullarımızın şəhid olması həm qürur verib, həm də bizi sarsıdıb.

Ölkə vətəndaşları bu məsələyə biganə qala bilmədiyinə görə hər kəs öz imkanı daxilində vətəni üçün müəyyən addımlar atıb.

Bu addımların sırasında illərini müəlliməliyə vermiş 3 ibtidai sinif müəllimələri (Babayeva Şəfa, Mirzəyeva Şəbnəm, Şükürova Natavan) əzm ruhlu şagirdləri ilə ordumuza dəstək üçün bir layihəyə imza atıblar. 5 yaşdan 12 yaşa qədər şagirdlərin hər biri özünə şəhid və qazi adını verərək, videoçarx üçün ekran qarşısına çıxıblar.

Bununla yanaşı, təqdimatdan sonra «Şeron» qrupunun “Torpağın səsi” mahnısını səsyazma studiyasında imkan daxilində səsləndirərək birlik nümayiş etdiriblər. Videoçarxa nəzər yetirəndə uşaqların öz vətəninin şəhid və qazilərinə necə dəyər verdikləri açıq görünür. Bu timsalla bütün şagirdlərin vətənpərvər ruhda tərbiyələndirilməsi və maarrifləndirilməsi olduqca müsbət haldır.

Layihənin ərsəyə gəlməsi 10 gün çəkib. 40-dan çox şagird studiya şəraitində məşqlər edərək ordumuza dəstəyi sevə-sevə nümayiş etdiriblər.(Millitribuna.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar