Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokuror prokurorluq orqanlarındakı yeni təyinatlardan danışıb

PİA.az-ın məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, hesabat dövründə kadr korpusunun komplektləşdirilməsi istiqamətində 2020-ci il may ayının 1-dən cari tarixədək struktur dəyişikliyi və təyinatlarla bağlı 703 əmr imzalanıb, 114 nəfər prokurorluq işçisi rəhbər vəzifələrə təyin olunub: "Son 3 ay ərzində aparılan islahatların nəticəsi olaraq 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunub, onlardan 16-sı təkrar, 2-i isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyin olunub. Eləcə də, Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilib, onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunub. Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin olunub".

Kamran Əliyev həmçinin qeyd edib ki, 2020-ci il may ayının 1-dən bugünədək 27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub: “Dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri qısa müddət ərzində rəhbər vəzifələrə - Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin ediliblər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar