Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifov: “ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırırıq”

“2020-ci ildə yeni növ koronavirus epidemiyasının dünyada sürətlə yayılması və pandemiyaya çevrilməsi bütün dünya dövlətləri qarşısında yeni çağırışlar formalaşdırıb”.

PİA.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, böhranın əsas xüsusiyyətlərindən biri istehlak tələbinin kəskin azalmasıdır: “Bu gün müzakirə edilən qanun layihəsi dövlət büdcəsində bəzi düzəlişlər edilməsini təklif edir. İlk 6 ayın yekunları kifayət qədər müsbətdir, yaranan profisit 58 milyon manat proqnozlaşdırılırdı, amma 292 milyon manat təşkil edib. 6 ay ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 731 milyon manat icra olunub. Xərcləri icrasında da hər hansı geriləmə baş verməyib. 6 ayın nəticələrinə nəzər salsaq, görəcəyik ki, ÜDM-də artıq geriləmə prosesi başlayıb. İqtisadiyyat tədricən tənəzzül məcrasına daxil olub. Buna görə də büdcəyə dəyişikliklərə ehtiyac yaranıb. ÜDM-nin düşməsinin 5%-dən az olmayacağını proqnozlaşdırırıq. İqtisadiyyatın əksər sektorunda geriləmə müşahidə olunur. Eyni zamanda bizim gəlirlərimizin azalmasına neftin qiyməti də təsir göstərir. Neftin büdcədə qiymətinin 55 dollar götürülməsi də buna səbəb olur”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar