Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mehdiyev AMEA-da bunu etməsin, yoxsa koronavirusa yoluxar" - Sabiq deputat

Prezident Administrasiyanın (PA) keçmiş rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev son aylarda gündəmin əsas müzakirə edilən simalarındandır. Onu tənqid edənlərin sayı durmadan artır. Son olaraq, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov modern.az saytına verdiyi geniş müsahibədə bu məsələyə toxunub və ciddi müzakirələr doğuran fikirlər səsləndirib.

Deputat bildirib ki, onun qarşısında ikiqat əyilənlər indi haqqında xoşagəlməz sözlər deyirlər, əlini öpənlər bu gün danışmağa başlayıb. Hətta S.Novruzov dediklərinin şahidi belə olduğunu deyir.

PA rəhbərinin əsas sərt tənqidçilərindən biri də YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayevdir.

O, “Yeni Müsavat”da YAP funksionerinin dediklərinə belə cavab verdi: “Bilmirəm ki, bu sözlərin müəllifi kimi nəzərdə tutur. Açıq danışsın. 20 ildir ki, Ramizi görmürəm və görmək istəyində də deyiləm. Ondan əvvəldə də onunla görüşmək məqsədim və şəxsi əlaqəm olmayıb. Çünki 1988-ci ildən sonra ona ilk günlər soyuq, sonralar isə acıqlı münasibətim olub. Səbəbini isə hələlik açıqlamaq istəmirəm. Onun qarşısında ikiqat əyilmək məsələsinə gəlincə, müəllifin fikirləri həqiqətdir. Düz danışır. Mən də dəfələrlə eşitmişəm ki, qarşısındakının ikiqat olmasını sevir. Yaltaqlara, ikiüzlülərə, xəbərçilik edənlərə, böhtançılara və təlxəklərə rəğbətlə yanaşır. Dizi üstə oturub əlini öpənlərdən xoşu gəlir. Amma Ramiz Mehdiyev akademiyada bunları etməsə, daha yaxşı olar. Çünki koronavirusa yoluxa bilər. Allah onu qorusun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar