Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Həsənli: “Niyə imkan vermirsiniz, insanlar evlərinə çörək aparsınlar” - Video  

“SMS ləğv edilib, biz hara gedəcəyik? Qazanc yerimiz bağlıdırsa, küçəyə veyllənməyəmi gedəcəyik? SMS-lə icazə niyə tətbiq edilmişdi, niyə də qaldırıldı? Niyə yay vaxtı bizə çimərliyə getməyə icazə verilmirdi. Biz çimərliyə gedib, D vitamini qəbul edib, immunitetimizi qaldırıb, qışa sağlam çıxardıq. Çimərlikləri istifadəyə veriblər, amma iaşə obyektləri bağlıdır. Niyə imkan vermirsiniz ki, o restoranlar işləsin, insanlar qazanc əldə etsinlər, evlərinə çörək aparsınlar. Dövlətin iqtisadiyyatına niyə belə zərbə vurursunuz?”.

PİA.az-ın xəbərinə görə, bunu tanınmış aparıcı Kamran Həsənli deyib.

K.Həsənli qeyd edib ki, milyonlarla insan pulsuz-parasız qalıb: “Dövlət atadır, ata da çətin məqamda övladına yardımçı olmalıdır. İnsanlar heç olmazsa, kommunal ödənişlərdən azad olmalıdırlar. Qapı döyülür, işıq, qaz, su... kəsiləcək... Kağızın üzərinə “kəsiləcək” yazılır, heç karantindən əvvəl belə yazılmırdı. Kreditlərlə bağlı da insanları narahat edirlər. Biz karantin rejiminin əleyhinə deyilik, amma insanlara yardım edilməlidir. Belarusiyada karantin rejimi elan edilmədi, yəni restoranlar, turizm mərkəzləri, digər iaşə obyektləri fəaliyyətlərini davam etdirdilər. Orada koronavirusa yoluxanların sayı elə bizimki qədərdir. O zaman bu karantin rejimi nəyə lazım idi. Bizi böhran gözləyir...”.(Pravda.az)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar