Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lukaşenko hansı səbəblərdən Rusiya ilə yollarını ayırmaq istəyir?

Moskvanın Lukaşenkonu devirmək cəhdləri nə qədər inandırıcı görünür və doğrudanmı artıq Lukaşenko Kremlin maraqlarını təmin etmir?..

Politoloq: “Bir dövr vardı ki, Lukaşenko Yeltsindən sonra özünü birləşdirilmiş Rusiya və Belarusun rəhbəri, Yeltsinin siyasi varisi kimi görürdü”.

“Lukaşenkonun Putinə tabe olmaq niyyətində olmadığını Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti zamanı qazın qiyməti ilə bağlı yaşanan fikir ayrılığında bir daha gördük. Belarus həqiqətən də Avropadan Rusiyaya gələn bütün hücumların qarşısında dayanan bir qaladır. Putin də bunu yaxşı dərk edir”.

Bu sözləri politoloq Nəzarət Məmmədova son zamanlar Belarusiya və Rusiya arasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Belarusada prezident seçkiləri fonunda baş verən hadisələr bütün dünyanın diqqətindədir. Bir tərəfdən Belarusda xalq küçələrdə Lukaşenkonun “sonsuz hakimiyyətinə” etiraz edir, digər tərəfdən isə Minskdə “Vaqner”çilər həbs olunur və Lukaşenko dolayısı ilə Moskvanı Belarusda hakimiyyəti devirməkdə ittiham edir. Putinin şəxsi aşbazı olaraq bilinən milyarder Yevgeni Priqojinin himayəsindəki “Vaqner” özəl hərbi dəstəsinin üzvlərinin Belarusa yollanması və qrupun Minsk yaxınlığında həbs edilməsi vəziyyətin ciddi şəkildə kəskinləşməsinin göstəricisidir. Qeyd edək ki, həbs edilən 33 “Vaqner”çiyə Belorusda terror aktı hazırlamaqla bağlı ittihamlar irəli sürülüb. Bu isə həbs edilən “Vaqner”çiləri minimum 20 il həbs cəzasını gözlədiyi anlamına gəlir.

Dünən isə Belarusun Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və səfirə Rusiya vətəndaşlarının əsassəz yerə həbs olunduğu bildirilib və onların ən qısa zamanda azad olunması tələb olunub. Maraqlıdır ki, daha əvvəl Rusiya tərəfi “Vaqner”çilərin İstanbula getmək üçün Minskdən keçdiklərini və təyyarəyə gecikdikləri üçün Minsk yaxınlığındakı sanatoriyaya yerləşdikləri barədə məlumat yayıb. Daha sonra isə bu məlumat da təkzib olunub.

Bu gün Belarus parlamentinə və xalqına müraciət edən prezident Aleksandr Lukaşenko bildirib ki, həbs edilən “Vaqner”çilər xüsusi missiya ilə Belarusa göndərilib. “Belaruslara qarşı millayrdlarla vəsait və yeni texnologiya səfərbər edilib. Mən 33 muzdlu əsgərin həbsi ilə bağlı internet-kanallardakı müzakirələri böyük təəccüblə izləyirəm. Güya iki prezident arasında razılaşma olub, filan. Bu çox təhlükəli siqnaldır. Bütün bunlar hamısı yaladır. İstambulla bağlı deyilənlər də, Venesuella, Afrika, Liviya haqqında deyilənlər də hamısı ağ yalandır”, deyə Belorusiya lideri müraciətində deyib..

Lukaşenko eyni zamanda bildirib ki, bu gün Belarusun cənubuna daha bir “qrupun atılması” ilə bağlı məlumat alıb. Onların məqsədi Belarusda sabitliyi pozmaqdır. “Biz həmişə burda sülh şəraitində yaşamışıq. Bura atom bombası atmayın, vəziyyəti partlayın halına gətirməyin, bu partlayışlar vəziyyəti Vladivostoka qədər ağırlaşdıra bilər”, deyə Lukaşenko Rusiyaya xəbərdarlıq edib.

Qeyd edək ki, bəzi siyasi analitiklərin fikrincə Putin Lukaşenkodan bir müüddət əvvəl keçirilən konsstitutsiya dəyişikliklərinin intiqamını alır. Belə ki, daha əvvəl Putinin planı Rusiya ilə Belarusun birləşdirilməsi yolu ilə hakimiyyətdə qalmağı planlayırdı. Bu həmçininSSRİ-nin bərpası üşün Krmdan sonra Putinin ikinci böyük triumfu olacaqdı. Lakin Lukaşenko birləşməyə razılıq vermədiyinə görə Putin konstitutsiyada dəyişiklik etmək məcburiyyətində qaldı və edilən dəyişikliklər sayəsində kələcək hakimiyyətini təminat altına almış oldu. Beləliklə Putin Lukaşenkonun sayəsində zəfərdən məhrum oldu və indi isə kinli və təhlükəli Rusiya prezidenti Lukaşenko ilə haqq-hesab çəkməkdədir. Lukaşenko isə öz növbəsində Putinin qarşısında dik durmağı başarmaqla bir daha belarusların əbədi lideri olaraq görünməyə üstünlük verir. Bu vəziyyətdə Belarusda Ukrayna versiyasının meydana gəlməsi də istisna olunmur.

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Rusiyanın Belarusda açıq hərbi yolla çevriliş etməsi ağılsızlıq olardı. Rusiya bunu etmək istəsə, elə çoxdan oradakı hərbi bazası vasitəsilə edərdi”.

Rusiya və Belarus arasındakı münasibətlərin çox vacib olduğunu qeyd edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Rusiyanın bir qrup “Vaqner”çi ilə ölkədə hakimiyyət dəyişikliyi etməyə çalışması inandırıcı görünmür. Bu, mümkün məsələ deyil:

“Bilirik ki, zaman-zaman Rusiya ilə Belarusun vahid dövlət halında birləşməsi planları gündəmə gəlib. Bu, daha çox o vaxt olurdu ki, Belarus prezidenti Aleksandr Lukaşenko Krımın sahibi olmağa iddia edirdi. Hətta bir dövr vardı ki, Lukaşenko Yeltsindən sonra özünü birləşdirilmiş Rusiya və Belarusun rəhbəri, Yeltsinin siyasi varisi kimi görürdü.

Elə oldu ki, Yeltsin Putini öz siyasi varisi olaraq təyin etdi. Bir çox müşahidəçilər Lukaşenko ilə Putinin münasibətlərini iki avtokrat liderin münasibələrti kimi qiymətləndirirlər. Çünki xarakter etibarı ilə hər ikisi sözünü deyən və geri çəkilməyi xoşlamayan insanlardır. Lukaşenkonun Putinə tabe olmaq niyyətində olmadığını Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti zamanı qazın qiyməti ilə bağlı yaşanan fikir ayrılığında bir daha gördük. Belarus həqiqətən də Avropadan Rusiyaya gələn bütün hücumların qarşısında dayanan bir qaladır. Putin də bunu yaxşı dərk edir.

Nəzakət Məmmədova: “Putinə indiki çətin bir dönəmdə, hələ də referenduma görə beynəlxalq tənqidlərin sel kimi üzərinə gəldiyi bir dövrdə belə bir başağrısı lazım deyil”.

Bundan başqa, bildiyiniz kimi, Rusiyanın Belarusda hərbi bazası var. Əgər həmin hərbi baza çıxarılsa, o zaman harda yerləşəcək və necə dislokasiya olunacaq? Bu, Rusiyaya milyonlarla dollara başa gələcək. Eyni zamanda, əgər bu, baş verərsə, onda Rusiyanın geosiyasi mövqeyi bir qədər də zəifləyəcək. Ona görə də Rusiya və Belarus arasındakı münasibətlər çox vacibdir. Rusiyanın bir qrup “Vaqner”ç ilə ölkədə hakimiyyət dəyişikliyi etməyə çalışması inandırıcı görünmür. Bu, mümkün olan məsələ deyil.

Ümümiyyətlə, Rusiyanın Belarusda açıq hərbi yolla çevriliş etməsi ağılsızlıq olardı. Rusiya bunu etmək istəsə, elə çoxdan oradakı hərbi bazası vasitəsilə edərdi. Lakin Putinə indiki çətin bir dönəmdə, hələ də referenduma görə beynəlxalq tənqidlərin sel kimi üzərinə gəldiyi bir dövrdə belə bir başağrısı lazım deyil.
Lukaşenko özü Putindən də heç də az təcrübəsi olmayan bir siyasətçidir, Putinin onu devirməsi asan məsələ deyil. Üstəlik, o, karantini sərtləşdirib xalqı özündən narazı da salmadı. Yəni, Belarusda çevriliş baş verməsi üçün heç bir daxili və xarici zəmin yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar