Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General: “Türkiyə İran ərazilərində də anti-terror əməliyyatları keçirə bilər”

Türk ordusunun növbəti hədəfi Mahmur və Sincar olacaq.

Reyting.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin (TSK) təqaüddə olan general-leytenantı İhsan Başbozkurt deyib.

Onun sözlərinə görə, Türkiyə terror təhdidini sərhədləri xaricində qarşılamaq strategiyası ilə son illər çox uğurlar əldə edib: “Ölkə daxilində terrorun varlığı son 30-40 ildə ən aşağı səviyyədədir. İraqSuriyanın şimalında qurulan təhlükəsizlik bölgələri və hüdud xətti sakit yaşam dəhlizinə çevrilib”.

İ. Başbozkurt İraqSuriyanın şimalında terror dəhlizini yox edən strategiya və qarşıdakı günlərdə gündəmə gələcək yeni həmlələri də şərh edib.

General deyib ki, TSQ-nın İraqSuriyanın şimalında təhlkəsizlik dəhlizini tamamladıqdan sonra yeni hədəf Mahmud düşərgəsi və Sincar bölgəsi ola bilər:

“Təhlükəsiz bölgə qavramının təməli İŞİD-lə mübarizə çərçivəsində icra olunan Fırat qalxanı əməliyyatı ilə atılıb, qaçqın suriyalıların evlərinə qayıtmasını təmin etmək üçün Zeytun budağı və Sülh çeşməsi əməliyyatları ilə davam etdirilib. Afrində ciddi itkilərə məruz qoyduğumuz PKK bu dəfə İraqın şimalında fəallaşdı. Bu səbəbdən də Suriya cəbhəsi İraqa qədər genişləndirildi. Pence əməliyyatı 2019-cu ilin 27 mayında başlayıb və hazırda davam edir. İraqın şərqində və İran sərhəddində Hakurkdan başlayaraq təhlükəsiz bölgə qavramı cənuba doğru genişləndi. Zap, Metina, Avaşin-Basyan və son olaraq Pençe Qaplan ilə Haftanına qədər uzadıldı. Bu bölgədə 35-40 kilometrlik təhlükəsizlik xətti yaradıldı”.

General əlavə edib ki, 30 ildir bu bölgələrdə insanlar torpaqlarını tərk edərək Ərbil və daha içərilərə, habelə Türkiyəyə qaçıb: “İndi yaşayış olan kəndlərdə xalq PKK-nın təzyiqi altında yaşamaq məcburiyyətində qalıb və xərac verir. PKK bu insanları TSQ-nın əməliyyatlarına qarşı canlı sipər kimi istifadə edir. Biz “Pençe Qaplan” əməliyyatı zamanı Haftanində bunun şahidi olduq. Türkiyəyə sızma kimi istifadə edilən Hakruk-Şemdinli, Haftanin-Şırnak, Zap-Çukurca dəhlizləri milli silahlarımızın müşahidəsi altındadır. Xüsusilə, 2017-ci ildən sonra dronlar bu bölgələrdə terror şəbəkəsinə qarşı aktiv müşahidə həyata keçirir. Ölkə xaricində Milli Kəşfiyyat Təşkilatı (MİT), daxildə isə MİT, TSK və Daxili qoşunlar ortaq və uğurlu əməliyyatlar reallaşdırır”.

İ. Başbozkurt diqqətə çatdırıb ki, 2019-cu ilin mayından Hakrukda başlayan “Pençe Qaplan” əməliyyatı Haftanin bölgəsinə qədər təhlükəsizlik dəhlizinin yaradılması ilə nəticələnib. Bunun sayəsində Türkiyənin şərqi sabitliyə qovuşub. Artıq Cudi, Gabar, İkiyaka dağları, Şemdinli, Van, Siirt, Okçular, Berteren yaylağı və Ağrı dağı bölgəsi təhlükəsiz və sabitdir.

General deyib ki, artıq PKK liderləri özlərini xilas etmək haqqında düşünürlər: “PKK-nın beli qırıldı. Onlara silah verən dövlətlər də tədricən əllərini çəkməyə başladılar. Buna səbəb Türkiyənin sahib olduğu güc, bölgədəki hakimiyyəti, şəbəkəyə yönəlik təzyiqləri PKK-nı dəstəkləyən ölkələr tərəfindən qəbul edilməli oldu. PKK-ya bel bağlayanlar onların təlimatlarının bu şəbəkənin yerinə gətirə bilməyəcəyini anlayınca PKK-ya dəstəyi kəsdilər. ABŞ və Fransa Suriyanın şimalında Suriya Demokratik Gücləri adı altında PKK ilə birlikdə yeni sistem qurmağa çalışdı. İraqın şimalından Suriyanın şimalına və oradan da Aralıq dənizə çıxmaqla terror dəhlizi layihəsi Türkiyənin qərarlığı səbəbindən baş tutmadı. Beləcə, “Böyük İsrail” layihəsini reallaşdıra bilmədilər. İndi ABŞ-ın PKK vasitəsilə Rakkada İsrailin də təhlükəsizliyini təmin edəcək sistem qurmağa çalışdığı görünür”.

General bəyan edib ki, Türk ordusunun yeni hədəfi İraqın şimalındakı Sincar və Mahmud olmalıdır: “PKK indi təhlükəsiz ərazisi kimi bu məkanlardan istifadə edir. PKK-nın Suriyaya keçməsinə nəzarət etmək üçün bu bölgələri PKK-dan təmizləməliyik. Türkiyənin Haftandakı fəaliyyətini bu ərazilərdə də təkrarlamağa gücü və imkanı var. Lakin bu məsələ beynəlxalq təşkilatlar və dövlətlərlə həll edilməlidir. Mahmur düşərgəsi BMT ilə müzakirələr nəticəsində boşaldılmalıdır. Sincar bölgəsində isə PKK-nın təlim və logistik düşərgəsi halına gələn sistemləri İraq hökuməti tərəfindən yox edilməlidir”.

Ehtiyatda olan generalın qənaətincə, Türkiyə terrorla mübarizədə İranı da yanında görmək istərdi: “İraqın şimalından qaçan terrorçuların bir hissəsinin İrana istiqamətləndiyi bildirilir. Terror liderlərinin İran tərəfində olduğunu bilirik. İran bu bölgədə Türkiyə dövlətinin əhəmiyyətini unutmamalıdır. İran terror təşkilatı ilə əməkdaşlıq etmədiyi, ona qarşı mübarizə apardığı təqdirdə beynəlxalq aləmdə Türkiyənin dəstəyini alacaq. Ancaq İranın ikili formada oynadığını görürük.

PJAK-a qarşı İranın fəaliyyətini görmürük. Zamanla bu ərazidən Şərqi Bəyazit bölgəsinə, İqdıra sızmalar olur. İran bunu bilməlidir: Türkiyə ilə sülh, etibarlı qonşuluq içində yaşaması üçün iki dövlətin başının bəlası olan terror şəbəkəsi yox edilməlidir. Bunun üçün Türkiyə ilə birlikdə hərəkət etmək lazımdır”.

General bəyan edib ki, Türkiyə öz imkanları ilə daxildə və xaricdə terror təşkilatını məhv etməkdə qərarlıdır: “Və lazım gələrsə, bu əməliyyatları İran torpaqlarında da davam etdirmək qabiliyyətindədir. İran bunu unutmamalıdır”.

General Başbozkurt sonda əlavə edib ki, TSQ-nin istər İraq, istərsə də Suriyanın şimalındakı əraziləri 24 saat müşahidə etmək imkanları var: “Təhlükəsiz bölgələr sizin birbaşa ayaq basmadığınız ərazilər ola bilər. Atəş dəstək vasitələri və görüntüləmə sistemi ilə nəzarət altına aldığınız yerlər də təhlükəsizlik bölgələrdir. Qamışlı, Rasulayn, Ayn el Arab məntəqələrində Türkiyə bunu edir. Dohukda, Erbildən Sincara qədər olan bölgələrlə birlikdə Haftanindən Suriyaya uzanan əraziyə nəzarət olunur. İdlibdan başlayaraq Hakurka qədər Türkiyənin təhlükəsizliyi və sabitliyi üçün təhlükəsizlik dəhlizi qurulub”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar