Cümə, 25 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Partiyaların qeydiyyatına yenidən baxılmalıdır: “Biabırçılıqdır…”

Prezident Adminstrasiyasında yeni yaranan Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yarandığı günden fəaliyyətini şəxsən mən çox qənaətbəxş hesab edirəm. Şöbənin rəhbəri Ədalət Vəliyev demək olar ki, Azərbaycanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən partiyaların tam əksəriyyətinin sədrlərini qəbul edib, geniş müzakirələr aparılıb”.

Bunu halim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, keçmiş deputat Musa Musayev deyib. O, bildirib ki, görüşlərdə iştirak edən partiya sədrləri bu görüşdən məmnun olduqlarını vurğulayıblar:

“Şöbənin bu addımını dəstəkləyiblər, qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə fikir mübadilələri aparılıb. Şexsən mən də YAP-nın yaradıcılarından biri, Siyasi Şuranın üzvü və Siyasi Partiyalarla Əlaqə Komitəsinin üzvü kimi bu addımları dəstəkləyirəm və davamlı olmağını arzu edirəm.

Eyni zamanda onu da qeyd etmək istərdim ki, Azərbaycandakı Partiyaların demək olar ki, əksəriyyeti 1990-92-ci ildə yəni, hakimiyyətsizlik və qarışıqlıq dövründə qeydiyyatdan keçən partiyalardır.

Bu illər ərzində keçirilən seçkilər, gördüyümüz reallıq onu demeyə əsas verir ki, partiyaların tam əksəriyyetinin adı, möhürü, emblemi, ştampı var, lakin onların fəalyyeti yox dərəcəsindədir və qənaətbəxş hesab edilə bilməz.

Partiyaların normal fəaliyyət göstərməsi üçün Azərbaycanın bütün şəhər və rayonlarında şöbələri olmalı, MSK-da, DSK-da, Məntəqə Seçki Komissyalarında nümayəndələri olmalıdır.

Danılmaz faktdır ki, əksəriyyət partiyalar, sədrin özündən, ailə üzvlərindən və yaxın ətraflarından ibarət kiçik bir özək təşkilatından ibarətdir . Fəaliyyətdə olan partiyaların əksəriyyətinin üzvlərini üst-üstə toplasaq görərik ki, bunların say tərkibi YAP-ın bir rayon təşkilatının üzvlərinden aşağı səviyyədədir. Odur ki, partiya sədrləri papaqlarını qabağına qoyub düşünməlidirlər : Ya partiyanı normal vəziyyətə gətirib, zamanın tələblərinə cavab verən səviyyəyə qaldırmalıdırlar, yaxud partiya ilə vidalaşmalıdırlar. Eyni zamanda Azərbaycanda fəaliyyətdə olan partiyalar ələkden keçirilməli, yenidən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli, MSK-ya hesabat verməli, maliyyə mənbələrini göstərilmeli, partiya üzvülərinin və təşəbbüskeşlərin sayı normal olmalıdır.

Partiyaya yeni üzv qəbul ediləndə digər partiyalara sorğu gönderilməlidir. Biz şahidi olmuşuq ki, bəzi adamlar bir neçə partiyanın üzvüdür, bu biabırçılıqdır. Başqa partiyadan transfer olunanlar protokol və yaxud arayış gətirməlidir ki, mən bu partiya üzvlüyündən azad olunmuşam.

Men düşünürəm ki, bütün sahələrdə olduğu kimi, partiyalarda da köklü islahatlar aparılmalıdır! Bu, bu günün tələbi və reallığıdır!”.(yenisabah)

pia.az


Etiket: Musa Musayev


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əliyevlə Paşinyanın emissarları arasında gizli danışıqlar üzə çıxdı - Sensasion təfərrüat...

Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi - Təfərrüat, Yenilənib

Jurnalist Həbib Müntəzir Əli Həsənova müraciət etdi: Villanın yerini tapdım. Qaytar dövlətə!

“Pikap”ların müsadirə olunmasına deputatdan reaksiya: “Xalq, az qala bayram edir”

Prokurorluq Yusif İldırımzadənin qaynının qətli ilə bağlı məlumat yayıb

“Bilirdim ki, pis şərhlər yazacaqlar” - Samirə Mustafayeva - Fotolar

Ramiz Mehdiyevin Qusarda da villası varmış... - Foto

Aralıq dənizindəki gərginlik Qarabağ münaqişəsinə təsir edirmi? - Sərhəddə erməni fəallığının səbəbi...

“Məni vurmağa çalışırlar” - Özünü təbrik edən deputatdan sərt ittiham

“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı..." - Fotolar  

Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə

loading...

Ən çox oxunanalar