Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan-Ermənistan arasında çıxması ehtimal olunan savaşda PUA-lara üstünlük veriləcək”  

Azərbaycan Türkiyə Ordusu ilə birgə hərbi təlimlərə başlayıb. Bunun üçün Türkiyədən Azərbaycana canlı qüvvə ilə yanaşı, hərbi texnika, o cümlədən hücum vertolyotları gətirilib. Təlimlər Ermənistan-Azərbaycan sərhədində münaqişənin gərginləşməsi fonunda başlayıb.

“Türaz Qartalı-2020” təlimindən bəhs edən yazısında Rusiyanın “Moskovskiy komsomolets” nəşri bunu Türkiyənin Azərbaycana verdiyi hərbi-psixoloji dəstək kimi qiymətləndirib.

“Ekspertlərin fikrincə, bu, daha çox Ankaranın müttəfiqlərinə dəstəyini ifadə etmək istəyindən irəli gəlir”,-nəşrin “Ekspert Türkiyənin Azərbaycana qoşun yeritməsinin səbəblərini izah edir” sərlövhəli məqaləsində belə deylir.

Bəs Ərdoğan Qarabağ münaqişəsində nə qədər dərinə getməyə hazırdır?

MK bu sualla ekspertlərə müraciət edib.

Azərbaycan ərazisində bu günlərdə başlamış genişmiqyaslı birgə hərbi təlimlər avqustun 10-dək davam edəcək. Təlimlərə hər iki ölkənin Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Quvvələri, həmçinin zirehli texnika və artilleriyası cəlb olunub.

Quru qoşunlarının manevrləri avqustun 1-dən 5-dək Naxçıvanda, Hərbi Hava Qüvvələrinin birgə təlim uçuşları isə iyulun 29-dan avqustun 10-a qədər Naxçıvan, Gəncə, KürdəmirYevlaxda keçiriləcək.
Təlimlər Ermənistanla Azərbaycanın sərhədində baş vermiş növbəti gərginliyin fonunda keçirilir. İyulun ortasında tərəflər bir-birinə artilleriya zərbələri endirib. Nəticədə hər iki tərəf itki verib, o cümlədən Azərbaycan Ordusunun general-mayoru həlak olub.

Mütəxəssislər qeyd edir ki, Ermənistan sərhədinin yaxınlığında keçirilən birgə hərbi təlimlər müttəfiqlərin Yerevana güc nümayişidir. Hərbi ekspert Yeri Lyamin MK-ya bildirib ki, bu təlimlər hərbi xarakterdən çox mediatik xarakter daşıyır.

- Qeyd etmək lazımdır ki, Azərbaycanla Türkiyə arasında birgə təlimlər mütəmadi olaraq keçirilir. Yəni bu, hər il olmasa da, kifayət qədər tez-tez baş verir və nadir hal sayıla bilməz. O cümlədən təlimlərin Naxçıvanda, Ermənistan sərhədinin yaxınlığında keçirilməsində də qeyri-adi heç nə yoxdur. Səbəb sadədir. Azərbaycanın bu bölgədəki ordusunun təminatı Türkiyə vasitəsilə həyata keçirilir.

Təlimlərin media yönümlü olduğu aşkardır. Məqsəd Türkiyənin Azərbaycana dəstəyini, əməkdaşlığın səviyyəsini göstərməkdir. Məlumdur ki, Bakı ilə Ankaranı sıx hərbi əlaqələr bağlayır. Azərbaycan zabitləri Türkiyədə hazırlıq keçir, həmçinin Azərbaycan bu ölkədən fəal şəkildə silahlar alır.

- Bəs Türkiyə münaqişəyə qarışmaq istəmir?

- Təkrar edirəm, təlimlər özü-özlüyündə nadir hadisə deyil. Onun ətrafında qaldırılmış hay-küy isə Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən irəli gəlir. Anlamaq lazımdır ki, münaqişənin Ermənistan ərazisinə keçməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işə qarışması deməkdir. Azərbaycanın Türkiyənin köməyilə Qarabağ məsələsini həll etməyə – itirilmiş torpaqları qaytarmağa çalışması bir məsələdir, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum başqa məsələ.

- Bəs mümkün münaqişə zamanı Türkiyə öz müttəfiqini hansı formada dəstəkləyə bilər? Burada ağıla Liviya ilə müqayisə gəlir. Türkiyə orada hücum üçün özünün pilotsuz uçuş aparatlarından (PUA) fəal istifadə edir.

- Türkiyənin Azərbaycana yeni PUA-lar satması, yaxud yerli operatorların bu işi öyrənməsinədək öz PUA-lanını buraya gətirməsi, onlardan istifadə olunması mümkündür.

- Təlimlərə Türkiyə və Azərbaycanın Hərbi Hava qüvvələri də cəlb edilib. Münaqişə qızışarsa, onların istifadə olunması ehtimalı nə qədərdir?

- Hər iki münaqişə tərəfi bölgə üçün çox əhəmiyyətli sayılacaq Hava Hücumundan Müdafiə sistemlərinə sahibdir. Odur ki, münaqişədə aviasiyadan istifadənin böyük itkilərə səbəb olacağını söyləmək mümkündür. Bu səbəbdən, yəqin ki, bu münaqişədə daha çox PUA-lara üstünlük veriləcək.(ovqat.com)

pia.az


Etiket: Yeri Lyamin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar