Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FAO Azərbaycanda yeni layihənin icrasına başlayır

Azərbaycanın şimal-qərb bölgəsində ərzaq dəyər zəncirlərinin yaradılmasını dəstəkləyəcək yeni layihənin icrasına başlanılır.

Bu barədə "Report"a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi sabah tərəfdaşların onlayn görüşündə təqdim ediləcək.

Görüşdə Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və bir sıra beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və Nazirliyin alt qurumlarının, hədəf rayonların(Qax, Zagatala, Balakən) İcra Hakimiyyətinin nümayəndələrinin, kənd təsərrüfatı məhsul istehsalçıları assosiasiyalarının, özəl şirkətlərin nümayəndələri və layihənin əməkdaşları iştirak edəcəklər. Görüş sosial şəbəkə vasitəsilə canlı yayımlanacaq. (https:link)

Bundan əlavə görüşə iştirakçı qismində qatılmaq istəyənlər bu link (link) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Zaqatala, QaxBalakən rayonlarını əhatə edəcək layihənin əsas məqsədlərindən biri bu regionu ölkədə tanınan və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dəyər zəncirlərinin yaradılmasına dəstək verən bir region olaraq tanıtmaqdır. Görüşdə həmçinin Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin kənd yerlərində yaşayan ailələrin rifahına təsiri də müzakirə olunacaq.

Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi Avropa İttifaqının maliyyəsi dəstəyi və FAO-nun dəstəyi ilə həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar