Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Respublikaçı Alternativ” Partiyasının təsis qurultayı keçiriləcək

Avqustun 4-də “Respublikaçı Alternativ” (ReAl) Partiyasının təsis qurultayı keçiriləcək.

Forumun keçirilməsi üzrə təşkilat komitəsinin üzvü İlqar Məmmədovun mətbuat üçün bəyanatında deyilir ki, COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər səbəbindən təsis qurultayı on-layn rejimdə keçiriləcək.

Qurultayın keçirilməsində məqsəd partiya proqramının, nizamnaməsinin qəbul edilməsi, rəhbər orqanların formalaşdırılması və təşkilatın rəsmi dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət etməkdir.

Təşkilat komitəsi artıq 2019-cu ilin dekabrında və 2020-ci ilin iyununda qurultayın keçirilməsi məqsədilə yer verilməsi üçün hakimiyyətə müraciət edib, amma imtina cavabı alıb.

Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında zəmanət verilmiş sərbəst toplaşmaq və birləşmək azadlığı hüquqlarımızın pozulmayacağına və off-layn rejimdə qurultayın keçirilməsinin qeyri-mümkün göründüyü bir şəraitdə qurultayın səlahiyyətli hesab ediləcəyinə və partiyanın rəsmi olaraq qeydiyyatdan keçiriləcəyinə ümid edirik”, deyə Məmmədov bildirib.

O qeyd edib ki, Ədliyyə Nazirliyinin nümayəndələri də qurultaya dəvət edilib.

ZOOM-konfransın imkanları nəzərə alınmaqla, qurultayda 100-ə yaxın şəxsin iştirakı gözlənilir.

“Respublikaçı Alternativ” hərəkatı 2009-cu ildə, Azərbaycanda respublika demokratik dəyərlərinin bərqərar edilməsinə yardım məqsədilə yaradılıb.

2018-ci ildə rəsmi olaraq hərəkatın partiyaya çevrildiyi elan edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar