Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan klubların iştirakı ilə daha bir oyun keçirilib.
PİA.az Apasport.az-a istinadən xəbər verir ki, Qəbələdə toplanışda olan “Səbail” və “Keşlə” yoxlama matçında üz-üzə gəliblər.
Paytaxt təmsilçilərinin duelində Avropa Liqasına hazırlaşan “Keşlə” qalib gəlib. Tərlan Əhmədovun yetirmələri iki cavabsız qolla qələbə qazanıb.
Qeyd edək ki, öncə “Qarabağ”a 1:3 hesabı ilə uduzan, ardınca “Zirə”yə 1:0 hesabı ilə qalib gələn “Keşlə” üçün bu matç üçüncü sınaq olub. “Qəbələ”ni məğlub edən (2:1) “Səbail” isə ikinci yoxlama görüşünə çıxıb.
Yoxlama oyunu
3 avqust
19:00. “Səbail” – “Keşlə” – 0:2
Şəhriyar Əliyev, Vüsal İsgəndərli
pia.az