Şənbə, 26 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Marqarita Simonyan: "Ulu nənəm Paşinyanın gözlərinə tüpürərdi"

Məşhur rusiyalı jurnalist, Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyan bugünkü Ermənistan hökumətinin ünvanına ardıcıl tənqidlərlə çıxış etməkdə davam edir.

M. Simonyanın Ermənistan hökuməti başçısının ünvanına yeni müraciəti mahiyyətinə görə daha təhqiramizdir. Rusiyalı jurnalist N. Paşinyanı erməni xalqının maraqlarına, tarixinə və dəyərlərinə xəyanət etməkdə günahlandırır.

Simonyanın Paşinyana qarşı növbəti hücumu ilə bağlı fikirləri jurnalistin Facebook səhifəsində dərc olunub.

M. Simonyan, Paşinyanın 2005-ci ildə Osmanlı İmperiyasındakı “erməni soyqırımını” inkar edən və bir erməni ictimai və siyasi xadimi üçün paradoksal olan çıxışından sitat gətirib: "Gəlin, əcdadlarımızı tərifləməyi dayandıraq və özümüzə çox praqmatik sual verək: bəs bu əcdadlarımız bizə nələri vəsiyyət etdilər, özlərindən sonra nə qoyub getdilər? Heç bir şey, heç nə. Ona görə heç nə ki, sən sıfırdan başlamaq məcburiyyətindəsən və mən bilmirəm ki, biz hansı minusdan başlamalıyıq, çünki bizim əcdadlarımız bizə sadəcə, soyqırımı, alçaldılma, xəyanətkarlıq və əxlaqsızlıq ehtiyatını qoyub gediblər və indi məlum olur ki, onları aradan qaldırmaq çətindir, olduqca çətindir.

Mən əcdadlarımızı qınayıram, onları lənətləyirəm, çünki onlar bu gün bizim daha ləyaqətlə və daha qürurla yaşamağımız üçün heç nə etmədilər. Əcdadlarımız heç olmasa öz nəsillərinin qayğısına belə qalmadılar, hansı ki, heyvanlar instinktiv olaraq bunu edirlər. Əcdadlarımızı tərifləyənlərin hamısını qınayıram".

Maraqlıdır ki, M.Simonyan, Robert Koçaryan hakimiyyətinə müxalif olan “Aykakan Jamanak”ın baş redaktoru, jurnalist Paşinyanın səsləndirdiyi qalmaqallı fikirləri nədənsə birdən, özü də 15 il sonra (!!!), üstəlik həmvətənlərini tarixi həqiqətin gözünə dik baxmağa çağıran müəllifə qarşı qəzəb və kin-küdurətlə xatırlayır.

Simonyan ulu nənəsini də xatırladır, hansı ki, özünün yazdığı kimi, indiki jurnalisti "bəşər tarixində misli görünməmiş, qanlı qırğın qurbanlarının xatirəsinə əbədi ehtiram ruhunda" tərbiyə edib. Simonyanın sözlərinə görə, bu gün Ermənistanı idarə etməyi, onun müqəddəs nənəsini "soyqırım və əxlaqsızlıqda" ittiham edən bir insana tapşırıblar.

Nəhayət, xanım Marqarita Simonyan fitnəkar düşüncə ilə yazır: “İndi başa düşürəm ki, mənim postum Ermənistanda niyə bu qədər səs-küyə səbəb olub. Mən, həqiqətən, böyük erməni tarixinə nifrət edən, əcdadlarını lənətləyən və soyqırımı qurbanlarının xatirəsinə hörmət etməyən şəxsin hakimiyyətinə sevinməyə qadir olan publikanın bir hissəsi deyiləm. Zərərli və manqurt. Mənim nənəm onun gözlərinə tüpürərdi".(virtualaz.org)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı - Fotofakt

Ramiz Mehdiyevin Qusarda da villası varmış... - Foto

“Sədərək Yusif”-in yolu dəmir barmaqlıqlardan keçə bilər: Üç maddə ilə cinayət işi açıldı

İlham Məmmədovun övladlarının avtomobil kolleksiyası üzə çıxdı: “Mercedes”, “Range Rover” - 300 - 800

Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə

Sahil Babayev Siyavuş Novruzovun qardaşını vəzifəsindən azad etdi

Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - Video

Bura 1-2 milyon xərcləmişəm nə puldur ki? - Dəbdəbəli sarayın sahibi

Varlı ailədə qətl: Rəna Sofiyeva ərini necə öldürüb? - Təfərrüatlar (Yenilənib)

BDU-nun keçmiş “qara kassa”sı Məzahir Sultanov və bir gecəyə milyarder olan qudasının biznes şəbəkələri

loading...

Ən çox oxunanalar