Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telli Pənahqızı Azərbaycan ziyalılarına müraciət etdi: "Hərəkətə keçmək zamanıdır"

Əməkdar jurnalist, şair, publisist, nasir Telli Pənahqızı Azərbaycan ziyalılarına müraciət edib.

Müraciətin mətnini olduğu kimi təqdim edirik:

"Bu gün mən üzvü olduğum Azərbaycan Jurnalistlər Birliyinin sədri, çox hörmətli Elçin Şıxlıya, Azərbaycan Yazıçılar Birliyinin sədri, ağsaqqaliımız, qüdrətli qələmdaşımız Anar müəllimə, illərdən bəri yaradıcılıq əməkdaşlığında olduğum Rəssamlar İttifaqının sədri Ferhad Xəlilova, Bəstəkarlar İttifaqının sədri, əzizimiz Firəngiz Əlizadəyə müraciət etmək istəyirəm.

Əzizlərim! Bilirsiniz ki, dünyanın yeni düzəni söz, fikir, ideya çarpışmasında qalib gələnlərin əli ilə səhmanlanır, 21-ci əsrin ixtiyar sahibləri daha çox hay-küy qoparıb dünyanı yalanlara, şərə, böhtana inandırmağı bacaranlardır. Bizim bir çoxumuz elə bilirik ki, planetimizin dörd bir yanında yaşayan insanlar, xüsusilə də super dövlətlərin sakinləri və ya bu dünyanı yönəldən ölkələrin vətəndaşları əslər boyu başına müsibətlər gətirilən, ərazisi qayçılanıb ona-buna, yersizlərə, qaraçılara, vətənsizlərə vətən düzəldilən, təbii sərvətləri, yerləşdiyi coğrafi ərazisi başına bəla olan Azərbaycanın yaşadığı problemin həqiqi çalarlarından xəbərdadır. Uzaq Amerikada, Avropada, Asiyada milyardlarla insanın əsl həqiqəti nəinki araşdırmaq, heç bilmək , öyrənmək həvəsi, vaxtı belə yoxdur! Hətta 70 il əsarətində yaşadığımız Böyük Rusiyada da çox adam mənim ölkəmin harada yerləşdiyindən bixəbərdir.

Mətləbdən uzaqlaşmayım. Hərb yolu ilə torpaqlarımızı goreşən sürüdən, soysuz erməni qatillərindən almağa imkan verilməyən bir dövrdə bizim gücümüz ancaq və ancaq sözə, təbliğata, xalq diplomatiyasına çatır. Gəlin biz, söz, qələm, tişə, fırça sahibləri, bəstəkarlar, efirdən düşməyən sənətçilər hərəkətə keçək, dünyanın dörd bir yanında əlimiz çatan, gücümüz yetən yaradıcılıq təşkilatlarına, qurumlara, həmkarlarımıza, dostlarımıza müraciət edək, onlara işin həqiqətini çatdıraq.

Deyəcəksiz ki, bir vaxtlar bu cür müraciətlər olunub, faydası olmayıb! Haqlısınız! Ancaq onda 90-cı illər idi, onda bu qədər müasir texniki imkanlar yox idi. İndi Allaha şükür, bir telefon, bir kompüter düyməsi ilə həqiqəti bütün çılpaqlığı ilə dünyaya çatdırmaq mümküdür və vacibdir!

Bu gün hər birimizin, ən çox da yaradıcı insanların borcudur ki, öz oxucularını, dinləyicilərini, tamaşaçılarını daha fəal olmağa istiqamətləndirsin.

Xaricdə yaşayan həmkarlrınıza müraciət edin, həqiqətləri çatdırın! Vətənin bu ağır günündə hər şeyi dövlətin üstünə yıxmağın vaxtı deyil. Dövlət rəsmi olaraq beynəlxalq qaydalara tabe olmaq məcburiyyətində qalır bəzən.

İndi bizim üçün xalq, millət olaraq çox məsul bir dövrdür. Torpaqlarımızı 30 ildən bəri işğal altında saxlayan,100 ildən bəri Azərbaycanın Qərbində əmin-arxayın vətən düzəldən hayların cavabını vermək bizim də vətəndaş olaraq boynumuzun borcudur!

P.S. Bu müraciətim təkcə yaradıcılıq təşkilatlarının rəhbərlərinə deyil, bütün millətimədir. Xoşunuza gəlməsə belə, ən azından bu torpağın havasını udub, çörəyini yediyiniz üçün səsimə səs verin".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar