Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədən sonra yeni ittifaq?

ErmənistanAzərbaycanın sərhədboyu hərbi toqquşması başa çatdı, amma həm danışıqlar prosesi, həm də münaqişəyə cəlb olunmuş tərəflərin mövqelərinin qiymətləndirilməsi üçün yeni problemlər yaratdı. Bütövlükdə belə bir anlaşma əldə edildi ki, bundan sonra status-kvonun saxlanması atəşkəs rejiminin saxlanmasına xidmət etməyəcək. Əksinə, belə bir şəraitdə hərbi qarşıdurma ocaqları AzərbaycanErmənistan silahlı qüvvələrinin təmas xəttində gözlənilməyən yerlərdə daha tez-tez yaranacaq. Belə şəraitdə iki variantdan birini seçmək lazım gəlir: hadisələrin inkişafını öz axışına buraxmaq, danışıqlar prosesini dalandan çıxaracaq hərbi toqquşmalarda belə irəliləyiş gözləmək, yaxud ATƏT–in Minsk Qrupunun (ATƏT-in Minsk Qrupuna Türkiyə, Belarus, Almaniya, İtaliya, Finlandiya, İsveç, Azərbaycan, Ermənistan, həmsədrlər-Rusiya, Fransa və ABŞ daxildir) həmsədrlik institutundan asılı olmayan yeni danışıqlar formatı hazırlamaq. Bu variantlardan hansı seçiləcək? Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin yeni formatına hansı ölkələr daxil ola bilər?

Qarşıya qoyulmuş məsələlərin rakursunda ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına diqqət yetirək. Azərbaycan-Ermənistan sərhəddi boyunca nisbi sabitliyi alqışlayan “üçlük” tərəfləri ciddi predmetli danışıqlara hazırlaşmağa, “mülki əhaliyə və ya olduqca mühüm infrastruktura təhlükə və ya mümkün təhlükə də daxil olmaqla, təxribatçı bəyanatlardan və hərəkətlərdən çəkinməyə” çağırır.

“Olduqca mühüm infrastruktur” dedikdə nəyin başa düşüldüyünü təxmin etmək çətin deyil. Həmsədrlərin ezop dili “həmsədr ölkələrin birgə səylərini tənqid edən və birtərəfli qaydada yeni “şərtlər” müəyyən etməyə və ya nizamlanmanın formatının dəyişdirilməsinə can atan bu yaxınlardakı açıq bəyanatlar”ın kəskinliyi baxımından aydındır.

Görünür, “üçlük” “yeni formatlar”ın axtarışından xəbərdardır və öz ölkələrinin və beynəlxalq təşkilatların nüfuzuna arxalanaraq “danışıqların heç bir şərt olmadan tez bir zamanda vicdanla bərpa olunmasına” çağırır. Bununla yanaşı, qeyd olunur ki, vasitəçilik səylərinin əsasını 9 mart 2019-cu il tarixli bəyanatda əksini tapmış müddəalar təşkil edir. Başa düşmək lazımdırmı ki, yenidən Madrid prinsiplərinə qayıdış çağırışı səslənir və bu, ancaq münaqişənin bir tərəfinin qulaqları üçündür? Bu, həmsədrlərin ölçülüb-biçilmiş siyasətində böyük irəliləyiş olardı!

Bununla yanaşı, pandemiya dövrünün siyasəti şəraitində dünya, demək olar ki, yenidən yatırılmış münaqişəyə marağını tamamilə itirib, onun qarşısının alınması üçün köhnə metodlara uzaqgörən yanaşmır. “Demək olar ki” sözü o deməkdir ki, belə mövqeni asan olmayan, bəzən heyrətamiz birgə alyanslara cəlb olunmuş iki regional oyunçu (Rusiya və Türkiyə) dəstəkləmir.

Təəccüblüdür, çünki “alyans” termininin mənasına zidd olaraq, tərəflər əməkdaşlıqdan daha çox düşmənçilik edirlər. Suriya və Liviya kifayət edirdi, indi də Moskva və Ankara arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıq qarşıdurma nümunəsi var ki, bu barədə əvvəlki məqalədə yazmışdıq.

Və budur, Kremlin mətbuat xidmətinin məlumatına görə, 28.07.20-ci tarixində Türkiyə tərəfinin təşəbbüsü ilə V. Putin və R.T. Ərdoğan arasında telefon danışığı olub. Təfərrüatlar açıqlanmır, lakin yığcam məlumatdan bəlli olur ki, söhbətin mövzusu Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri ətrafında olub. Söhbət zamanı regionda sabitlik məqsədilə səylərin koordinasiyasına hazırlığın ifadə olunması mühüm əhəmiyyət kəsb edir. “Səylərin koordinasiyası” çoxqatlı siyasi prosedurun altında nə gizlənə bilər? Praktiki olaraq hər şey! Suriyada olduğu kimi səlahiyyət və təsir dairələrinin bölünməsinə qədər. Təsadüfi deyil ki, Kremlin mətbuat xidmətinin məlumatının sonunda qeyri-müəyyən şəkidlə qeyd olunur ki, “ikitərəfli gündəliyin bəzi aktual mövzularına da toxunulub”.

Maksimalistcəsinə bəyan etmək olarmı ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni 2+2 formatını yaratmağa hazırlaşırlar: Rusiya+ Ermənistan versus Türkiyə+Azərbaycan? Çox güman ki, bu, Moskva və Ankaranın dünya siyasi rəyinin öyrənilməsi üçün buraxdığı sınaq şarıdır. Və yaranmış perspektivdə bir sıra problemlər və suallar ortaya çıxır ki, Rusiya və Türkiyənin bunlara münasibəti tərəflərin niyyətinin ciddiliyini aydınlaşdıra bilər.

Əvvəla, Liviya problemi üzrə öz siyasi təşəbbüslərini birgə koordinasiya etməklə bağlı Vaşinqton və Ankaranın bu yaxınlardakı sazişini nəzərə alaraq, Suriyada və xüsusilə də Liviyada tərəflər arasında qarşıdurmada baş verə biləcək bütün dəyişiklikləri izləmək lazımdır.

İkincisi, öz müvəqqəti müttəfiqləri ilə birlikdə demək olar ki, bütün sadalanan münaqişəli situasiyalara sıx cəlb edilmiş İranla bağlı Moskva və Ankaranın təşəbbüsləri diqqət mərkəzində olmalıdır. Görünür ki, Cənubi Qafqaz üzrə mümkün alyansda çox şey bu və ya digər tərəfə əlavə siyasi çəki verməyə qadir olan Tehranın mövqeyindən asılıdır.

Üçüncüsü, vaxt amilini nəzərə almaq lazımdır, belə ki, Vaşinqtonun bu gün Cənubi Qafqaz regionunda (və ya onun bir hissəsində) cərəyan edən proseslərdən açıq-aşkar kənarlaşdırılması ABŞ-da prezident seçkisindən dərhal sonra, əgər Rusiya ilə Türkiyə fövqəladə tədbirlərə əl atsalar bəlkə də daha tez başa çata bilər. Təbii ki, bu, Aİ-yə də aiddir. Onun şərq siyasəti hələ ki yeni münaqişə ocaqlarının yaranmasına gətirib çıxarır ki, Aİ avtomatik olaraq bunlara cəlb edilir.

Dördüncüsü, “kiçik tərəfdaşlar”ın: AzərbaycanErmənistanın mümkün alyansa bugünkü və perspektiv münasibətini aydınlaşdırmaq lazımdır. Axı, mahiyyətcə alyansın mümkün modelində söhbət Dağlıq Qarabağ münaqişəsinin ümumdünya səviyyəsindən regional səviyyəyə keçməsindən (daha dəqiq desək, köçürülməsindən) gedir (onun həlli üçün buradan irəli gələn bütün nəticələrlə). Amma bu, dejavu deyilmi?! Məgər region ötən əsrin 20-ci illərində oxşar kolliziyanı yaşamadımı?! Xatırladaq ki, o, yarım əsrdən sonra hamının əziyyət çəkdiyi prosedurlarla həll olundu.

Buna görə Ermənistan MEA Şərqşünaslıq İnstitutunun direktoru R.Safrastyan Yerevanın strateji müttəfiqləri məsələsini son dərəcə vacib hesab edir. Onun sözlərinə görə, vəziyyətin təhlili və 1918-1920-ci illərdə ilk respublika dövrü ilə paralellər belə qənaətə gətirib çıxarır ki, o zaman Ermənistan ona görə uduzdu ki, geosiyasi müttəfiqlər məsələsini həll edə bilmədi. O zaman ilk respublika təklikdə qaldı.

“Bu, bizim dövlətçiliyimiz üçün mühüm dərs oldu və indi bizim geosiyasi, strateji müttəfiqimiz var, bu, Rusiyadır. İndi biz bu vəziyyətdən maksimum fayda götürməyi bacarmalıyıq”. Şərqşünasın bu bəyanatını nəzərə almaq lazımdır. Amma bəlkə də alyans bu qədər uzaqgörən planları reallaşdırmağı nəzərdə tutmur, tamamilə başqa məqsədlər güdür? Qarşıda hərbi atışlarla birgə genişmiqyaslı taktiki və uçuş-taktiki təlimlərin (Azərbaycan və Türkiyə) keçirilməsi barədə məlumatlarda yer alan məqsədləri. Və ya “Qafqaz-2020” strateji komanda-qərargah təliminə hazırlıq çərçivəsində Şimali Qafqaz və Zaqafqaziyanın (Dağıstan, Şimali Osetiya, Çeçenistan, Abxaziya və Cənubi Osetiyada hərbi bazalar) beş regionu ərazisində eyni zamanda RF Cənub Hərbi Dairəsinin 5 min hərbçisinin ikitərəfli batalyon taktiki manevrləri? Hər iki halda təlimlərin əhatə etdiyi ərazilərin və cəlb olunmuş hərbi texnikanın miqyası diqqəti cəlb edir.

Kiyev bildirib ki, Ukrayna Rusiya təlimlərinin istiqamətverici vektorunu anlayaraq “Birləşmiş səylər-2020” komanda-qərargah təlimlərini təşkil etmək niyyətindədir. Təlimlərə NATO ölkələrinin cəlb edilməsi planlaşdırılır.

Məqalədə bəhs etdiyimiz mövzuya qayıdaq. Ermənistanın müzakirə olunan alyansda iştirak etməyə razılıq verə biləcəyi şərtləri təsəvvür etmək çətindir. Üstəlik, indi Yerevan Türkiyənin Minsk Qrupunun üzvü olan ölkələrin tərkibindən çıxarılmasına israr edir və öz mövqeyini Ankaranın münaqişə iştirakçılarından yalnız birinə “birtərəfli” dəstək verməsilə əsaslandırır. “Türkiyə öz fikirləri və təxribatçı davranışı ilə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ciddi ziyan vurur və Ermənistanın təhlükəsizliyinə təhdid törədir. Türkiyə münaqişənin nizamlanmasına aid olan və ilk növbədə ATƏT çərçivəsində, hər hansı beynəlxalq prosesə cəlb oluna bilməz”,- Ermənistan XİN bildirib.

Ermənistan Respublikasının xarici siyasət idarəsi hesab edir, Ankaranın Azərbaycana dəstək bəyanatları, həmçinin Cənubi Qafqaz regionuna qarşı açıq iddia ehtiva edir ki, bu da Türkiyənin “tarixi missiyası”na istinadla əsaslandırılır.

Belə çıxır ki, münaqişənin həllində Türkiyənin hər hansı iştirakı ilə bağlı Ermənistanın mövqeyi qəti şəkildə mənfidir? Moskvanın Yerevana təsir dərəcəsini və Ermənistanın təhlükəsizliyinin qorunmasında onun rolunu bildiyimiz üçün tələsməyəcəyik. Necə deyərlər, bu halda da Yerevanın əhval-ruhiyyəsinin metamorfozasını diqqətlə müşahidə etmək lazımdır, belə ki, bir vaxtlar az qala Ankara ilə diplomatik münasibətlərin qurulmasına səbəb olurdu.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində gedən total təmizləmə prosesləri də az maraqlı deyil. Müharibə ərəfəsində Stalinin Qızıl Ordu rəhbərliyinə qarşı etdiyi hərəkətlərlə oxşar bir şeydir…

Lakin indi başqa məqam maraqlıdır: nəyə görə “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərinin bəyan edilmiş formatında Ermənistanda yerləşən Rusiya hərbi hissələri iştirak etmir? Bu, sentyabrda düzəldiləcək səhvdir? Yoxsa…

Azərbaycan ərazisində qarşıdakı birgə təlimlərin Ermənistanda “hərbi baxımdan yeni bir şey olmayan bir təbliğat addımı” kimi qiymətləndirilməsinə də diqqət yetirək. Doğru deyilmi, Yerevanın “sakitliyi” təəccübləndirir?!

Olsun, pandemiya dövrü siyasətinin ikinci dalğasını gözləyəcəyik. (Turan.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar