Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süleyman Dəmirəl və Azərbaycan əlifbası

2001-ci ilin iyul ayının son günlərindən birində Ankarada Türkiyə prezidenti Süleyman Dəmirəldən geniş müsahibə aldım. Xalqımızın böyük dostu Süleyman Dəmirəl müsahibədə bir sıra önəmli beynəlxalq hadisələr, Qarabağ məsələsi və Türkiyə-Azərbaycan münasibətləri haqda maraqlı fikirlər səsləndirdi.

Bir saata yaxın müsahibənin kassetini alıb Bakıya uçdum. AzTV-də "Xəbərlər"in saat 20.00 buraxılışında müsahibənin 2-3 dəqiqəlik bir bölümünü verdikdən sonra aparıcı geniş müsahibənin 20:30-da veriləcəyini anons etdi.

Müsahibəni AzTV-nin foyesindəki tv-dən seyr etdim. Veriliş bitəndə koridorun o biri ucundan Nizami Xudiyev çıxdı. O vaxtkı sədr məni görən kimi "Heydər Əliyev zəng elədi, müsahibəyə baxıb, bəyənib. Hətta tapşırıb ki, müsahibənin mətni sabah dövlət qəzetlərində verilsin".

Ertəsi gün qəzet köşkündən bir neçə nüsxə "Xalq qəzeti" aldım. Onları səliqə ilə əzmədən özümlə Ankaraya gətirdim. Çankayada, Atakulenin altındakı Fuji studiyasının sahibi ilə yaxın idim. Qəzetin 1-ci səhifəsini solmayan xüsusi bir kağıza "kopyalatdırdım". O kopyanı isə çərçivəçi dükanında sadə amma gözəl bir ramkaya saldırdım.

Prezident Dəmirəlin mətbuat katibinə zəng vurub hazırlatdığım hədiyyədən danışdım, onun prezidentə necə təqdim edəcəyimi sordum. Bir saat sonra zəng gəldi ki, şənbə günü prezident səni Güniz Sokakdakı evinə səhər yeməyinə dəvət edir...

Türkiyə prezidenti Çankaya Sarayına deyil, evinə səhər yeməyinə dəvət edirdi. Mutlu və sevincli idim. Dəfələrlə həm prezident sarayında olmuşdum, həm də öz evində. Ancaq qəhvəaltıya dəvət nadir görülən hadisə idi.

Şənbə günü Güniz Sokakdakı 3 qatlı Ankara evinin 1-ci mərtəbəsində yemək salonuna keçmədən Dəmirəl çərçivənin üstündəki karton kağızı açdırdı. "Xalq qəzeti"nin 1-ci səhifəsinin yarıdan çoxunu müsahibəsi tuturdu. Üzündəki sevinci ifadə etməyə çətinlik çəkirəm. "Nazmiye, Nazmiye" deyə həyat yoldaşını çağırdı.

Türkiyənin 9-cu prezidentinin həyat yoldaşı Nazmiye Demirel asta addımlarla bizə yaxınlaşdı, Süleyman Bəy sanki həyatında ilk dəfə idi ki, qəzetdə müsahibəsi çıxmış kimi "Bak, Azərbaycan Latın alfabesine geçdi ve ilk latince gazete sayısında manşette ben varım" dedi.

Yemək masasında mətbuat katibinə dedi ki, hədiyyəni doğulduğu Ispartaya göndərsinlər. İndi mənim o hədiyyəm Ispartadakı "Süleyman Demirel Mərkəzi"ndəki eksponatlardan biridir. Vəfatından öncə Süleyman Demirel bütün şəxsi əşyalarını bu mərkəzə hədiyyə etmişdi…

1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu əlamətdar gün prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib. Müstəqillik tarixizin ən böyük hadisələrindən biridir məncə bu tarixi sənəd. Çoxumuz bu hadisənin canlı şahidi olduğumuzdan bəlkə də onun ölkəmiz, millətimiz üçün nə qədər cahan-şümul bir qərar olduğunun tam fərqində deyilik.

Mənim üçün unudulmaz olan bu gündə xatirəmi sizinlə paylaşmaq istədim…

Yaşasın Ana Dilimiz!...

(İbrahim Nəbioğlu, dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar