Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin sevdikləri və nifrət etdikləri - Sorğu

Ermənilər arasında Rusiyaya dostluq duyğuları azalıb, Azərbaycana nifrət faizi azalıb, Türkiyəyə qarşı artıb...

Ermənistanın Armenpres-ə nəşri xəbər verir ki, Qafqaz Tədqiqatlar Resurs Mərkəzinin apardığı “Qafqaz Barometri - 2019” tədqiqatına görə, Ermənistanda  Rusiyaya dost ölkə kimi baxanların faizi azalıb.

Sorğu 21 fevral-15 mart 2020-ci il tarixdə 1491 yetkin respondent arasında keçirilib, onların 31% -i İrəvanda, 33% -i digər şəhərlərdə, 36% -i isə kəndlərdə yaşayır. Eyni zamanda, respondentlərin 55% -i kişilər, təxminən üçdə biri – 35% orta təhsili olan respondentlərdir və təxminən 52% -i işləyir.

Ermənistan əhalisinin təxminən 57% -i Rusiyanı bir nömrəli dost ölkə adlandırıb. Lakin, yüksək göstəriciyə baxmayaraq, son illərdə etimad səviyyəsi azalıb, çünki 2017-ci ildə  respondentlərin 63% -i, 2015-ci ildə - 75%, 2013-cü ildə - 83%  Rusiyanı ən birinci dost ölkə olaraq göstərirdilər. Beş ilə 26% ciddi rəqəmdir.

Ən populyar ikinci cavab "heç bir ölkə " olub və respondentlərin 17% -i belə düşünür.

Üçüncü yerdə respondentlərin 12% -i tərəfindən Ermənistana dost adlandırılan Fransa var və 4 il əvvəl respondentlərin yalnız 4% -i bu ölkəni dost bilirdi.

Bununla yanaşı, ən çox düşmən ölkələr siyahısında Azərbaycan (75%)  liderlik edir. 2015 və 2017-ci illərdə də bu ölkə düşmən hesab olunurdu, lakin bir qədər çox - əhalinin təxminən 76%. Türkiyə düşmən ölkələrin siyahısında ikinci (respondentlərin 22%) yeri tutur. Ermənistan vətəndaşlarının Türkiyəyə düşmənçilik səviyyəsi artıb.  2015-2017-ci illərdə respondentlərin 18% -i bunu düşmən hesab edirdi. Nifrət 4% artıb.

Tədqiqat 2004-cü ildən bəri üç ölkədə - Ermənistan, Gürcüstan və Azərbaycanda aparılır və əsas siyasi, iqtisadi və sosial meylləri təqdim etmək məqsədi daşıyır. (Moderator.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar