Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST koronavirusla mübarizə ilə bağlı Azərbaycana yeni tövsiyələr verdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 10 günlük səfərdə olmuş missiyası COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsi və test strategiyasının gücləndirilməsini tövsiyə edir.

PİA.az xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST-nin COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir: “Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərdən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda bu əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri, COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər”.(Report)

pia.az


Etiket: COVID-19 ÜST


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar