Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

ABŞ İranda nüvə, raket və hərbi proqramlar üçün istifadə edilə biləcək metal və material təchizatını məhdudlaşdırmaqla İslam respublikasına qarşı yeni sanksiyalar tətbiq edir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“Bu gün Dövlət Departamenti İranın nüvə, hərbi və ya ballistik raket proqramları ilə əlaqəli istifadə olunan 22 konkret materialı müəyyənləşdirir. Bu cür materialları bilərəkdən İrana verənlər indi ABŞ-ın “İranın azadlığı və yayılmasına qarşı mübarizə haqqında” qanununun 1245-ci maddəsinə əsasən sanksiyaya məruz qalacaqlar”, - M.Pompeo açıqlamasında deyib.

Bundan əlavə, İranın tikinti sektoruna materialların təchizatı qadağan edilir. Belə ki, ABŞ İranın tikinti sektoruna İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarət etdiyini düşünür.

Qadağan edilmiş 22 metal və materiallar arasında alüminium ərintiləri, alüminium tozu, bəzi polad markaları, o cümlədən paslanmayan polad və s. var.

pia.az 


Etiket: Sanksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar