Cümə, 07 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tanımadığımız qadın ədiblər: Mehri xatunun sirr dolu həyatı

Əziz Nesinin ədəbiyyatçı olan ikinci həyat yoldaşı Meral Çelen boşanandan sonra keçmiş əri haqda yazmışdı: “Mən çox yaxşı yazıçı ola bilərdim. Amma Nesinlə ailə həyatım bu karyerama son qoydu”.

“Tanımadığımız qadın ədiblər” rubrikasında istedadı parlaya bilməyən, içində ölən qadınlardan danışacağıq. İlk ədibimiz XVI əsr türk ədəbiyyatının nümayəndəsi Mehri xatundur.

Divanı günümüzə gəlib çatmış ilk qadın şair Mehri xatun (1460-1506) Amasiyada doğulmuş, həyatını bu şəhərdə keçirmişdir. Şeirindəki “Keçmiş ki, heyif, Mehri, Amasiyyədə ömrün” misrası ilə özü buna işarə etmişdir. Onun adı və təxəllüsü haqda fikirlər müxtəlifdir. Belə ki, Aşıq Çələbi adının da, təxəllüsünün də Mehri olduğunu dediyi halda, dövrün təzkirəçiləri Səhi bəy, Lətifi və Xınalızadə Həsən Çələbi bu barədə heç bir bilgi verməyiblər. Övliya Çələbi isə adının Mehrimah (Günəş və Ay), təxəllüsünün isə Mehri olduğunu qeyd edir.

Mehri xatun II Bəyazidin sultanlıq, onun oğlu Şahzadə Əhmədin valilik dövründə saraylarda təşkil olunan ədəbi məclislərdə iştirak etmiş və yazdığı şeirlərlə diqqət çəkmişdir. O, hətta bayramlardan birində təşkil olunmuş şeir yarışmasında müasirlərini geridə qoyub, qalib gəlmişdir.

Dövrün təzkirəçiləri Mehri xatunun əsərlərindəki İskəndər məzmununa əsaslanaraq onunla Sinan paşanın oğlu İskəndər Çələbi arasında məhrəm hisslər olduğunu yazırlar.

Erdi çün ab-i hayata Mihri, ölmez haşredek,
Gördü çün şeb zülmetinde ol ayan İskenderi.

Araşdırmaçı Könül Ayan isə yazır ki, “İsgəndər”, “abi-həyat”, “qaranlıq gecə” kimi surətlər divan ədəbiyyatında bütün şairlər tərəfindən istifadə olunur. Buna əsaslanaraq Mehri xatunun İskəndər Çələbiylə eşq yaşadığını deyə bilmərik. Mehri xatun başqa bir şeirində “Lalə rəngli dodağımın zülalı neçə İsgəndəri çaya susuz aparıb, susuz gətiribdir” deməklə də sanki ətrafındakı dedi-qodulara cavab vermişdir.

Aşıq Çələbi Mehri xatunun “Hatəmi” təxəllüsü ilə şeirlər yazan Müəyyədzadə Əbdürrəhman Əfəndiylə də könül bağı olduğunu qeyd edir. Ən maraqlısı isə budur ki, bütün bu təxmini sevgilər real münasibət olaraq yaşanmayıb, Mehri xatunun təkcə şeirlərində öz əksini tapıb. Aşıq Çələbi bu barədə yazır:

“Mehri xatunun neçə-neçə talibləri olduğu halda, heç kim ondan muradını ala bilmədi, o, dünyaya qız gəlib, qız getdi”.

Sadə dillə şeirlər yazan Mehri xatun müasiri Nəcatini örnək almış, ona nəzirələr yazmış və özünə də göndərmişdir. Lakin Lətifinin təzkirəsinə görə, Nəcati gənc bir şairin ona nəzirə göndərməsindən məmnun qalmamış, şeirlərinin birində yazmışdır: “Şairəyi-Şirin (qadın şairlər) mənim ilhamımı bəyənir və üslubumu mənimsəyir”. Hətta Nəcati ilə Mehri Xatun arasında poetik duel də yaşanmışdır. Buna səbəb isə sultanın Mehri Xatuna çox, Nəcatiyə isə az ənam verməsidir.

Mehri Xatunun ədəbi irsini təşkil edən divanın dörd nüsxəsindən üçü Türkiyədə, biri isə Sankt-Peterburqun Asiya xalqları İnstitutunda saxlanmaqdadır. Şeirlərində humanist ideyalar aşılayan, insanın mənəvi azadlığını, sərbəst sevgi münasibətlərini tərənnüm edən Mehri xatun “qadınların ağlı yoxdur” deyənlərə “minlərlə beyinsiz kişi bir ağıllı qadının qabağında dayana bilməz” cavabını verərək dövrü üçün aktual olan və patriarxal cəmiyyətdə yaşayan bir qadın üçün cəsarət tələb edən fikirlər səsləndirərək, həm də qadın azadlığı carçısı olmuşdur.

Səidə İsmayılova(BakuPost)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

“Rusiya Azərbaycanlıları Konqresini Ramiz Mehdiyev dağıtdı”

Əsgərimiz erməni öldürsün, biz də içimizdəki pula hərisliyi…

Cahangir Əsgərovun AZAL-ın gəlirlərindən formalaşan "biznes imperiyası" - Siyahı

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələrini əlindən aldı

"Yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" - Əli Əsədov

Azərbaycan müxalifəti fövqəladə toplantı keçirir - Fotolar

Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı

Bu gün daha 144 nəfər koronavirusa yoluxub, 435 nəfər sağalıb,3 nəfər vəfat edib

loading...

Ən çox oxunanalar