Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Potensial Çin-İran sazişinin Pakistana təsiri:Çin bölgədə ABŞ-ın fəaliyyətini daraldır...

Sabena Siddiqi
“Əl-Monitor”, 28.06.2020

İran və Çin arasındakı 18 səhifəlik iqtisadi və təhlükəsizlik tərəfdaşlığı müqaviləsi layihəsi bu ayın əvvəlində sızdırıldıqdan sonra sazişin – gerçəkləşsə – bölgə üçün nə demək olacağı ilə bağlı geniş fərziyyələr ortaya çıxıb. Ondan əhəmiyyətli dərəcədə təsirlənə biləcək ölkə – Pakistandır.

Müqavilə ilə bağlı müxtəlif xəbərlər medianı çalxalayıb və İranda daxili tənqidlərə səbəb olub. İran prezidenti Həsən Ruhaninin aparat rəhbəri Mahmud Vaezi hicri-şəmsi ilin sonunda, 2021-ci ilin martında son razılıq əldə edilə biləcəyini söyləyib.

Layihənin niyə vaxtından əvvəl sızdığı məlum deyil. Bununla birlikdə, ticarət sazişi Çinin bölgədəki digər 15 ölkə, o cümlədən Pakistanla bağladığı razılaşmaya bənzəyir.

İran və Pakistan qonşu olduqları üçün Çinlə hər hansı bir ortaqlığın İslamabadda təsiri var və bəzi layihələr hətta üçtərəfli ola bilər. Çin-İran razılaşmasının sızdırılan şərtlərlə yekunlaşdırılması halında, Pakistan üçün əsas təsir və faydalar bunlardır:

Birincisi, saziş layihəsinə görə, Çin İranda 400 milyard dollar xərcləyəcək. Bu rəqəm Pekinin”Bir qurşaq-Bir yol” Təşəbbüsünün (BRI) flaqmanı olan Çin-Pakistan İqtisadi Dəhlizinə (CPEC) investisiyadan – 46 milyard dollardan qat-qat çoxdur. Pekin 25 il ərzində bu məbləği İranda xərcləsə, sərmayələrin daha böyük miqyası Pakistana yox, İrana axacaq. Pakistan CPEC-nin asta sürəti də nəzərə alınmalıdır.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin təmsilçiləri Conatan Hillman və Maesi MakKalpinin məlumatına görə, CPEC bu günə qədər nəticəsizdir. “5 il ötüb, elan edilmiş layihələrin dörddə biri tamamlanıb, enerji layihələri üstünlük təşkil edib və sənayeləşmə səyləri geridə qalıb”.

Son 2 ildə asta tempinə baxmayaraq, CPEC ikinci mərhələyə 3,9 milyard dollar dəyərində bir neçə yeni hidro layihə və 7.2 milyard dollarlıq dəmir yolu sisteminin yenidən qurulması planı ilə girdiyindən bu ay bir qədər sürət yığıb. Bu yeni sövdələşmələrlə CPEC layihələrinin məcmu dəyəri hazırda 70 milyard dollardır və bu, BRI-nin 6 dəhlizinin tamamlanmaya yaxınlaşması deməkdir.

Uzunmüddətli planlarda faktik tərəqqi qeyri-sabit ola bilər. Mümkündür ki, Tehran daha yaxşı şərtlərlə danışıqlar aparsın, amma məlumatlara görə, İranın Pekinə neft və qaz tədarükü 25 il davam edəcək.

İkincisi, Pakistanın Qvadar limanından 72 kilometr qərbdə yerləşən Çahbahar limanını inkişaf etdirən Çin hər iki liman şəhərinə xeyir verə bilər. 2017-ci ildə Çahbaharın təməlatma mərasimindən bəri İran “bacı” limanlar arasındakı fəaliyyəti koordinasiya və Qvadara elektrik enerjisi ixrac etməyi planlaşdırır.

Bununla birlikdə, Pekin İranda daha bir neçə limanı inkişaf etdirməyi planlaşdırır. Çahbahar şəhərindən təxminən 350 kilometr (217 mil) məsafədə yerləşən Bandar-e-Yəsq limanı dünyanın ən çox neft tankerinin keçdiyi Hörmüz körfəzi xaricində yerləşdiyi üçün ən vacibidir.

Buna görə də, Qvadar uzun müddət BRI-nin flaqman dəhlizinin əsas limanı statusunu itirə bilər.

Üçüncüsü, təhlükəsizlik baxımından İranı BRI-yə cəlb etmək CPEC-i Dəhlizin işlədiyi əsas bölgəni – Bəlucistanı təhlükəsiz edəcək. Həm Qvadar, həm də Çahbahar limanları Bəlucistan və Sistan-Bəlucistan bölgələrində tez-tez qeyri-sabitliklə üzləşir.

CPEC-in uğuruna əngəl olan bu təhdidin zərərsizləşdirilməsi Pakistanın iqtisadi dünyagörüşü üçün faydalı olardı.

Dördüncüsü, Çinin təmiz enerjiyə yatırımlarının İranın çöl bölgəsində də planlaşdırıldığı bildirilir. Bu ərazi Pakistanın Bəlucistan əyalətinə bitişik olduğundan layihələr İslamabadın yaşıl enerji mənbələrinə doğru irəliləməsini dəstəkləyə bilər.

Saziş layihəsinə görə, istehsal olunan enerji qonşu ölkələrə ixrac ediləcək. Pakistan-İran-Çin neft və qaz kəməri ilə bağlı istənilən plan enerji ehtiyatlarının təmin olunmasına da kömək edə bilər. Bundan əlavə, İran daxilində planlaşdırılan nəqliyyat marşrutları da CPEC-lə əlaqə qurar və bu əlaqəni artırar.

İran bir neçə dəfə CPEC-ə üzv olmaq arzusunu dilə gətirib. Bu yaxınlarda İranın Pakistandakı nümayəndəsi Mehdi Honardust bildirib: “Bütün imkanlarımız və qaynaqlarımızla CPEC-in bir hissəsi olmağa hazırıq. Bəlkə də İranın enerji və tranzit dəstəyi olmadan çox milyardlıq layihə sona çatmayacaq”.

Nəhayət, sızan İran layihəsindəki əsas məqamların çoxu CPEC çərçivəsində davam edən layihələr kimi olduğundan İrandakı Çin inkişaf layihələri Pakistanda davam edən layihələri tamamlaya bilər.

Layihədə Çin və İranın qonşu ölkələrlə ikitərəfli və regional əlaqələri inkişaf etdirəcəyi və “limanlarda və adalarda sənaye / xidmət / texnologiya mərkəzlərinin inkişafı, xidmətlərin ortaq istehsalı və ixracı məqsədi ilə əməkdaşlıq” da qeyd edilib.

Beləliklə, Çinlə müzakirə olunan strateji tərəfdaşlığın reallaşacağı təqdirdə, bəzi layihələr Pakistanın xeyrinə işləməlidir.

Həqiqətən, İran koronavirus pandemiyası ilə birlikdə neft ixracına qoyulan sanksiyalar ucbatından iqtisadi böhranla üzləşdiyi üçün güclü təzyiq altındadır. BMT Təhlükəsizlik Şurasının qismən embarqosu bu ilin oktyabrında başa çatacaq, amma Vaşinqton bunun müddətini uzatmağa çalışır.

Əslində, Çinin İrandakı keçmiş səfiri Hua Limin bu yaxınlarda “Straits Times”-a verdiyi açıqlamada müqavilə ədalətsiz olduğuna dair tənqidini “iranlılar tərəfindən təhrik edilmiş və siyasi problemə çevrilmiş bir şey” adlandırıb. “Bu, Çin diplomatiyasının ruhuna qarşı getməkdir”.

Praktik cəhətdən, Çinin ABŞ sanksiyalarını nəzərə alacağı gözlənilir, çünki son bir ildə İrandan neft idxalını kəskin azaldıb. Razılaşma doğuşdan ölü ola bilər, çünki bu, Vaşinqtonla maraq toqquşmasına səbəb olur.

Çin-İran razılaşması ilə bağlı sualları cavablandıran Dövlət Departamentinin sözçüsü deyib: “ABŞ İrana kömək edən Çin şirkətlərinə sanksiya qoymanı davam etdirəcək. Çin şirkətlərinə İranla sanksiya xarakterli fəaliyyətlər etməyə icazə vermək və ya təşviq etməklə, Çin hökuməti sabitliyi və barışı təşviq etmək məqsədini pozur”.

Çinlə razılaşma xəbəri yayıldıqdan bir həftə sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya yollanıb. 6 ayda üçüncü dəfə Moskvaya gələn Zərif İranRusiya arasında nüvə əməkdaşlığını da daxil edə biləcək 20 illik müqavilənin yenilənməsini müzakirə edib.

Buna görə də, İran, sadəcə, “Şərqə baxmaqdan” daha çox iqtisadi sanksiyaların qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasıüzvlərindən dəstək axtarmış ola bilər.

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar