Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya imperializmi Putinin sonuna çıxa bilər...”- “Kremlin bu ölkələrə bir neçə hücum variantı var”

“Önümüzdəki aylar təkcə Rusiyanın qonşuları deyil, özü üçün də təhlükəli olacaq”.

ABŞ-ın “The Hill” qəzeti “Rusiya imperializmi Putinin sonuna necə çıxa bilər” başlıqlı məqaləsində Rusiya Prezidenti Vladimir Putinin özünün neoimperialist düşüncələrini reallaşdırması istəyinə toxunub.

PİA.az xəbər verir ki, məqalədə həmçinin bu siyasətin əks effekt verməsi və nəticədə Putinin öz hakimiyyətini itirməsi ehtimalının yüksək olduğu deyilir. Həmin məqaləni diqqətinizə çatdırırıq:

"Vladimir Putin iqtisadi böyümə və “rus dünyası”nın dirçəldilməsi sayəsində ölkə içərisndə özünə dəstək təmin edə bilib. Rusiya iqtisadiyyatının kəskin düşüşü şəraitində isə Kremlin imperiya statusunu geri qaytarmaq üçün keçmiş sovet respublikalarından olan yaxın qonşularının hansınasa qarşı hücum təşkil etmək ehtimalı böyükdür.

Məsələn, Rusiya 12 il bundan əvvəl ictimaiyyətin diqqətini maliyyə böhranından yayındırmaq üçün Gürcüstana soxulmuşdu.

2014-cü ildə Putin öz hakimiyyətinə qarşı artan etirazları daha asan yatırmaq məqsədilə Ukraynaya hərbi müdaxilə həyata keçirdi. Əgər bir çox mühüm faktorları nəzərə alsaq, onda əminliklə deyə bilərik ki, önümüzdəki aylar təkcə Rusiyanın qonşuları deyil, həmçinin onun özü üçün də xüsusilə təhlükəli olacaq.

Əlbəttə, təcavüzkar xarici siyasət müəyyən mənada ölkə əhalisinin diqqətini Rusiyadakı iqtisadi tənəzzüldən yayındıra bilər və elə indiki qlobal pandemiya da bunun üçün nadir strateji imkanlar verir. Çünki hazırda Qərb ölkələrinin başı səhiyyə böhranı və onun vurduğu iqtisadi ziyanlara qarşıb. Digər yandan isə ABŞ bir dövlət kimi seçki kampaniyasının ən qızmar çağındadır, həmçinin sosial və iqtisadi sarsıntılar keçirir.

Kremlin Rusiya sərhədi boyunca yerləşən Avropa və Mərkəzi Asiya ölkələrinə qarşı bir neçə hücum varinatı var. Hərçənd ki, əhalisinin əksəriyyəti etnik ruslar olan şimali Qazaxıstanı qamarlamaq Moskvanın çoxdankı arzusudur, lakin unutmayaq ki, bu cür avantürist əməliyyatın sonu çox xoşagəlməz dağıdıcı nəticələrə gətirib çıxara bilər. Həm də ki, bu cür hərəkət Rusiyanı digər Mərkəzi Asiya ölkələrindən uzaqlaşdırar.

Çoxsaylı rusların yaşadığı Estoniya və ya Latviyaya ediləcək hücum isə cəlbedici görünsə də, bu, ABŞ-ı öz NATO müttəfiqlərini müdafiə etmək üçün ciddi hərbi fəaliyyətə sövq edər.



Ən kövrək mövqeyə malik ölkələr NATO üzvü olmayanlardır. Çünki onların müdafiəsi kollektiv təhlükəsizlik alyansı tərəfindən təminat altına alınmayıb. Moskvanın neoimperiya düşncələrinin əsas elementi Ukraynadır. Onun müstəqilliyi və Qərbə inteqrasiyası Kremlin bu ölkəyə olan ədalətsiz tarixi, mədəni iddialarına zərbə vurur.

Rusiya Krım yarımadasını və Donbasın bir hissəsini işğal etsə də, Moskva Kiyevi öz nəzarəti altına ala bilməyib. Ona görə də Putin Ukraynanın suverenliyinə qarşı növbəti hücum təşikl etmək variantları barədə düşünür. Bu variantlar içərisində Donbasdakı işğal ərazisinin genişləndirilməsi də yer alır.

Daha bir real varinat isə humanitar aksiya pərdəsi altında quraqlıqdan əziyyət çəkən Krıma kömək etmək məqsədilə keçirilə biləcək əməliyyatdır. Bu hərbi əməliyyat Ukraynanın Azov dənizindən Odessaya qədər olan cənub sahillərinin zəbt olunmasını nəzərdə tutur. Belə bir əməliyyat nəticəsində Ukrayna Qara dənizə çıxışdan məhrum olar və nəticədə onun iqtisadiyyatı dərin çöküş yaşayar.

Bundan başqa NATO üzvü olan Rumıniya, Qara dənizdəki enerji platforması və ticarət daşımaları təhlükə ilə üzləşər. Rusiya Ukrayna sərhədləri yaxınlığına yüksək döyüş hazırlığına gətirilmiş 150 min nəfərlik ordu və 100-dən çox hərbi gəmi yığıb. Həmin hərbi birləşmələr hücum əməliyyatlarına hazır olmaq üçün bir sıra təlimlər keçirlər.

Moskva bəyan edir ki, bu təlimlər meydana gələ biləcək hər hansı terror təhlükəsini önləmək məqsədi daşıyır. Lakin bu təlimlərin əsl məqsədi çox qorxulu görünür.

Belarusda artan gərginlik və 9 avqusta təyin olunmuş qalmaqallı prezident seçkilərindən Putin bir bəhanə kimi istifadə edərək, özünü bu ölkəni Aleksandr Lukaşenkonun mütləq hakimiyyətindən qurtaran bir şəxs kimi təqdim edə bilər. Lukaşenko rejiminin yıxılmasından sonra isə Minskdə hakimiyyətə qərbpərəst demokratik hakimiyyətin gələcəyinə ümid bəsləmək əbəsdir.

Əksinə, Moskva bütün gücü ilə səy göstərəcək ki, Beralus Ukrayna və Gürcüstanın yolu ilə getməsin. Amma Kremlin hesablamalarına baxmayaraq, Putin imperiyasının sərhədlərinin genişləndirilməsi ölkə içərisindəəks effekt verə və neqativ nəticələr doğura bilər.

Paradoks ondadır ki, xarici ölkələrə hücum çəkməklə daxili problemlərdən fikir yayındırmaq insanların narazılığını və qəzəbini tamamilə başqa məcraya yönəldə bilər. Bahalı hərbi avantüra Rusiyanı maliyyə cəhətdən tükəndirib taqətdən salar.

Nəticədə bu, Rusiya əhalisinin böyük əksəriyyətini tam əmin edər ki, ölkədəki problemlərin yeganə həlli yolu Putinin hakimiyyətdən kənarlaşdırılmasıdır".(AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar