Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hakimiyyət yuxuya gedib və baş verənləri anlamır” – Aslan İsmayılov

“Fəlakət qarşıdadır, hakimiyyət isə bunu görmək istəmir. Bütün dünya pandemiyadan sonra yaranacaq iqtisadi böhrandan ciddi narahatdır. Almaniya isə onu parçalamış, iki hissəyə bölüb darmadağın etmiş İkinci Dünya müharibəsi ilə müqayisə edir. Amerikada fəsadların ağırlığının 30-cu illərin Böyük Böhranı həddinə çatacağından ehtiyat edirlər. Bütün qabaqcıl iqtisadiyyatlar ehtimalları nəzərə alaraq milyardlarla dolları qabaqlayıcı tədbirlərə xərcləyirlər. İqtisadçı olmasam da, oxuduqlarımdan bu pulların dəqiq hara yönəldiyi mənə aydın görünür. Demək olar ki, bütün ölkələrdə əsas məqsəd sahibkarlara dəstək olmaq, onları müflis olmaqdan qorumaqdır. Azərbaycanda artıq uzun zaman keçməsinə baxmayaraq hələ də 3,5 milyard ayrılmış pulla bağlı tutarlı bir məlumat yoxdur. Dəfələrlə desəm də, xalq tərəfindən Koronavirus Fonduna yığılmış 120 milyonun da taleyi bəlli deyil. İnsanlara sadəcə ac qalmamaq üçün ayrılmış 190 manatı da ödəməməyə görə min bir səbəb axtarırlar”.

PİA.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, bütün dünya ölkələrinin hamısında pandemiya dövründə sahibkarlığa güclü dəstək olunub: “Ayrılan pulların böyük əksəriyyəti məhz bu sahəyə yönəldi. Pandemiyadan ən çox zərər görən sahələr müəyyənləşdirildi və bu sahədə çalışan şirkətlərin maaş fonduna dövlət dəstək oldu. Bununla əhalinin kütləvi şəkildə işlərinin itirməsinin qarşısını almağa çalışırlar. Ayrılan vəsaitlərin əsas məqsədi sahibkarlığın ayaqda qalmasıdır. Maaşlardan əlavə olaraq sahibkarlara yardım, qrant formasında pul da ayrılır ki, onlar da bu vəsaiti fəaliyyətlərini davam etdirmək üçün yönəldirlər. Nümunə götürüləsi ölkələrin hamısında faiz dərəcəsi demək olar ki, sıfıra endirildi. Vergi ödəmələri ertələndi. Həmçinin dövlət proqramı ilə alınan ipoteka ödəmələri də eyni qaydada ertələndi. Çəkiləcək misal çoxdur. Bu misallardan demək olar ki, heç biri hələ də Azərbacanda tədbiq olunmayıb. Əminəm ki, bizim sahibkarları dindirsək, onlar daha da əhəmiyyətli tədbirlər səsləndirərlər. Bundan ötəri isə sadəcə onları dinləmək, fikir mubadiləsi aparmaq lazımdır. Bu barədə dəfələrlə desəm də bu günə qədər belə bir tədbirin keçirildiyini eşitməmişəm. Hadisələri izlədikcə bəzən mənə elə gəlir ki, hakimiyyət yuxuya gedib və baş verənləri anlamır. Sadəcə hər yeri qapadıb pandemiyanın bitməsini gözləyir. Axı bütün dünya bar-bar bağırır ki, bu hələ uzun çəkəcək. Deməli, sahibkarlığın tam məhv olmaması üçün qaydalara ciddi nəzarət edilməsi şərti ilə bəzi iş yerlərini açmaq lazımdır ki, iqtisadiyyat tam çökməsin. Bircə sahəni qeyd edim. Ölkədə fəaliyyət göstərən bir çox parakəndə geyim mağazaları şəbəkəsi olan şirkətlər dövlət büdcəsinə ciddi məbləğdə müxtəlif rüsum və vergilər ödəməklə, minlərlə insanı işlə təmin edərək ölkənin iqtisadi həyatında əhəmiyyətli rol oynayır. Bu sektorun xüsusiyyətlərindən biri də, satılan məhsulların sezona uyğun olması və böyük məbləğdə bank maliyyələşdirilməsi altında fəaliyyət göstərməsidir. Yəni məsələn, yaz-yay sezonu əsasən endirimə qədər ilk 4 aydan ibarətdir. Sezonun sonrakı aylarında məhsullar böyük endirimlərlə satılır və bu aylar hər zaman mağazaların zərərlə işlədiyi aylardır. Yəni sezon aylarında 3-4 ay qapalı olmaq banklar, xarici partnyorlar və çalışanlar qarşısında öhdəliklərimizi yerinə yetirə biıməməyinə gətirib çıxarmışdır. Şirkətlərdəki pul axınının pozulması əvvəlki ayların kirayə borclarını da ödənilməsində sıxıntı yaratmışdır. Zərərin getdikcə artması və pul qıtlığı daha sonrakı payız-qış sezonu üçün mal tədarükünü mümkünsüz hala gətirəcək. Payız-qış sezonu yeni sezon malı olmayan boş mağazalarda satışların artıq xərclərin bir qismini belə qarşılamayacağına və yaz-yay sezonundan yığılan borcların da ödənilə bilməməsi səbəbindən iflas edərək fəaliyyəti dayanacaqdır. “Mall”ların və şəhər içi mağazaların ən böyük qisminə sahib olan pərakəndə geyim və ayaqqabı mağazalar şəbəkəsi olan hər bir şirkətdə orta hesabla 200-dən 2000-ə qədər sayda işçi çalışır. Parakəndə geyim mağazalarına müştəri giriş sayı marketlərə nisbətən ən az 40-50 dəfə az olur, gigiyenik standartlara əməl olunması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi bu mağazalarda qat-qat asan və effektivdir. Hətta gözəllik salonlarının və bərbərxanaların açılışına icazə verildiyi halda şəhər içi fəaliyyət göstərən geyim və ayaqqabı mağazalarının fəaliyyətinə icazə verilməməsi çox qəribə görünür. İnsanların 3-4 aydır evdə pulsuz oturması, illərlə böyüyərək bazarda özünü təsdiqləmiş parakəndə geyim satış şirkətlərinin bir neçə ay ərzində tam iflas etməsini göz önünə gətirdiyimizdə dəhşəti görərik. Yəni yüzlərlə, minlərlə insanın qarşılaşdığı basa-bas marketlər, apteklər və insanların bir başa yaxın təmasda olduqları bərbərxanalar və gözəllik salonları virusun yayılması üçün o qədər də riskli sayılmırsa, o zaman dəfələrlə az müştəri axını olan şəhər içi geyim və ayaqqabı mağazalarının 20 iyul tarixindən hələ də bağlı qalmasını doğru saymıram. Bu cür də başqa sahələr üzrə təhlillər aparılıb qərarlar qəbul edilməlidir. Operativ Qərargah işini ucdantutma qapatmaqda yox, riskləri dəqiqliklə hesablayıb iş yerlərinin fəaliyyətini təmin etməkdə görməlidir”.(Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar